Milçəklərdən qurtulmağın təbii yolu

Milçəklərdən qurtulmağın təbii yolu

Yayın gəlişi ilə axşamlar həyətdə oturmağımıza imkan verməyən milçəklər də ortaya çıxdı. Milçəklərdən xilas olmaq üçün istifadə edilən məhsulların tərkibində cildə və təbiətə zərərli olan bəzi kimyəvi maddələr var. Bəs həm ucuz, həm də təbii bir məhsul hazırlamağa necə baxırsınız?

Ləvazimatlar: 
15-20 damcı lavanda yağı
3-4 xörək qaşığı vanil
Fincanın dörddə biri qədər təzə limon suyu
500 ml sprey şüşəsi

Hazırlanması:
Sprey şüşəsinə lavanda yağı, vanil və limon suyunu əlavə edin. Şüşənin geri qalan boş qismini su ilə doldurun, yaxşıca çalxalayın.

Hazırlanan bu məhsulu rahatlıqla açıq qalan nahiyələrinizə (əlinizə, qolunuza, ayaqlarınıza) sıxa bilərsiniz.

Əgər lavanda qoxusunu bəyənməsəniz, bunun yerinə limon otu yağından istifadə edə bilərsiniz.

Daha gözəl ətir üçün qarışıma bir neçə damcı sərinlədici nanə efir yağından əlavə etmək olar.

Hazırladı: Fərizə Əhmədova
Top