İnkişafa aparan hobbilər

İnkişafa aparan hobbilər

Hobbilər və maraq dairəsi — bir şəxsin bacarıqlarını və xasiyyətini göstərə bilmək baxımından vacibdir.

Kitab oxumaq
Oxuyaraq hadisələrin inkişafını öyrənən insan öncə özünə olan inamını artırır. Bu isə eyni zamanda düşüncəni inkişaf etdirmək, geniş görmə bucağını təmin etmək, hadisələri araşdırmaq qabiliyyəti qazandırır. Həm də oxuyan şəxslər zəngin söz ehtiyatı qazanmaqla yanaşı, hikmətli danışıq tərzi ilə də seçilirlər.

Bu təsir isə insanlarda münasibətləri gücləndirməklə yanaşı, həm də sosial xarakter qazandırır. Geniş söz ehtiyatı insanın daha artıq düşünməsinə kömək edir. 

Şahmat oynamaq
Şahmat alternativ yarada bilmək, alternativləri müqayisə edə bilmək, tez qərar verə bilmək, nəticəni düşünə bilmək kimi zehni gücləndirir. Özünə inam hissini inkişaf etdirir.

Tapmaca tapmaq 
Tapmaca tapmaq asan öyrənməyi, öyrənilən məlumatların uzun müddət yadda saxlanmasını və söz ehtiyatının genişlənməsini təmin edir. Dil inkişafını tezləşdirir. Beyin gücünü dəstəkləyərək yaddaş itkisinə mane olur. Qavrama, xatırlama, problem həll etmək kimi bacarıqları artırır. 

Xarici dil öyrənmək 
Yaddaş bacarığını, fikir ifadə etmək qabiliyyətini və zehni inkişaf etdirir. Söz ehtiyatını genişləndirir, bununla yanaşı, öz dilinizdə bəzi sahələrdə bacarığınızı artırır. Rəsmi vəzifələrdə, xarici şirkətlərdə işləmək imkanı yaradır.

Musiqi alətlərində ifa etmək
Beynin sol tərəfini gücləndirir. Yaddaşı və zəkanı inkişaf etdirir. Stresi azaldır, estetik, yaradıcı düşünmək qabiliyyətini artırır.
Top