Niyə məhz sol əl

Niyə məhz sol əl

Cütlüklər nişan üzüklərini sol əlin dördüncü barmağına taxmağa vərdiş ediblər. Düzdür, bəzi bölgələrin ənənələrinə görə nişan üzüyü sağ ələ taxılır, buna baxmayaraq yenə də çoxluq sol əlin dördüncü barmağına üstünlük verir.

Bəs nişan üzüyünün niyə məhz həmin barmağa taxıldığını bilirisinizmi? Çünki bu, keçmişdən qalan və indi də davam etdirilən bir adət-ənənədir. Hazırda Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada evlilik üzükləri kişi və qadınlar tərəfindən sol əlin dördüncü barmağına taxılır.                                                         

Qədim romalılar bunu sevgi damarı adlandırılan damarla əlaqələndirirlər. Onların dediyinə görə, bu damar sol əlin dördüncü barmağı üzərindən ürəyə doğru gedir. Romada «Vena amoris» adlanan bu damar nişan üzüyünün bu barmağa taxılmasının başlıca səbəbi hesab edilir.

Xristian ənənələrinə görə isə, gəlinə ata, oğul və müqəddəs ruhu təmsil edən 3 üzük taxılır və bu dördüncü barmaqdakı üzük toydan sonra da boş saxlanılır.

Çinlilər isə baş barmağın valideynləri,  işarət barmağın bacı-qardaşları, orta barmağın özümüzü, dördüncü barmağın həyat yoldaşını, kiçik barmağın isə uşaqları təmsil etdiyinə inanırlar.                

Top