xəstəyə bir heyvanın qanı verilmişdi. Xəstə qısa müddət sonraöldü və səbəbini heç kim anlamadı. Müxtəlif heyvanların qanları da işə yaramadıqda, insandan insana qan köçürməyi düşündülər. Qana ehtiyac olduqda qanının bol olduğunu düşündükləri və kortəbii seçilən bir neçə insandan qan köçürdülər. Ancaq bu sınaqların da çoxu uğursuzluqla nəticələndi. Qanköçürmə ilə məşğul olan həkimlər bu həyati əhəmiyyətə malik mayeni iki xüsusiyyətinə görə təhlil edib öyrənə bilmirdilər: qanın bədəndən kənarda laxtalanması və qan verilən insanın ölmə ehtimalı. Deməli, qanda həkimlərin bilmədiyi fərqli maddələr var idi. Biokimya adlı elm sahəsinin təşəkkülünə qədər bu fərqli maddələrin nə olduğu məlum deyildi.
XX əsrin əvvəllərində məlum oldu ki, qan adi qırmızı maye deyil. Hər insanın qanında onu digər insanlardan fərqləndirən müxtəlif faktorlar var. Ona görə, qanköçürmənin baş tutması üçün hər iki şəxsdə bu faktorlar uyğun olmalıdır. Qan qrupu insana məxsus xüsusi faktorların müəyyən edilməsidir. Qan qrupunu müəyyən edən 300-dən çox faktor var. Bu faktorların hər biri sizi digər insanlardan fərqləndirir.
Qanı tərkibindəki müxtəlif faktorlarla birlikdə hələ keçən əsrdə kəşf etmək mümkün olmuşdur. Halbuki qan ilk insan yaradıldığı andan bu günə qədər damarlarda hərəkət edir, funksiyasını yerinə yetirir. Bu, şübhəsiz ki, hər şeydə böyüklüyünü, yenilməz gücünü göstərən Allahın üstün yaratma sənətidir.
Qan qrupunu müəyyən edən xüsusiyyətlər eritrositlərdə (qırmızı qan hüceyrələri) yerləşir. Eritrositlərin qılafında 200 müxtəlif molekul arasında qana I, II və III qrup xüsusiyyətini verən xüsusi molekullar var. Eritrostilər ya II qrup, ya da III qrup molekullarını, nadir hallarda hər ikisini (IVqrup) birdən daşıyır və ya heç birini daşımır (I qrup).
Eritrositlərində II qrup molekullar olan insanların qanında III qrup molekullarına qarşı antikorlar olur. Bu, III qrup molekullarına qarşı müharibə deməkdir. Buna görə də II qan qrupuna mənsub insana III qrupa aid qan köçürdükdə immun sistemi bir neçə saniyə ərzində hərəkətə keçir və bu yad maddəni məhv etməyə çalışır. Nəticəsi isə çox ciddidir. Qan hüceyrələri partlayır, qan laxtalanır, böyrəklər və ağciyərlər funksiyasını yerinə yetirə bilmir. Təcili müdaxilə edilmədikdə ölüm labüd olur.
Qanlarında hər iki molekulu daşımayan insanlar, yəni I qan qrupuna mənsub insanlarda hər iki molekula qarşı antikor var. Onlar ancaq bu iki molekula malik olmayan, yəni özləri kimi I qrupa mənsub insandan qan ala bilərlər. Qanlarında hər iki molekul olan IV qrupa mənsub insanlarda isə bu molekulların heç birinə qarşı antikor yoxdur. Ona görə, II və III qan qrupuna mənsub insanlardan da qan ala bilərlər.
Eritrositlərin tərkibində olan yuxarıdakı molekullar qədər əhəmiyyətə malik başqa molekul isə rezus faktorudur. Əgər bir insanın eritrositində bu molekul varsa, qan qrupu Rh müsbət (+), olmadıqda isə qan qrupu Rh mənfi (-) olur. Rezus faktorunun əhəmiyyəti hamiləlik zamanı qan uyğunsuzluğunda üzə çıxır. Rezus faktoru olmayan hamilə qadında doğuşdan qısa müddət sonra rezus faktoru olan körpəyə qarşı antikor əmələ gəlir. Bu antikorlar birinci uşağa zərər vermir. Ancaq rezus faktoruna malik ikinci uşaq anada artıq hazır olan antikorların hücumuna məruz qalır. Antikorlar körpənin orqanizmini hədəf alır, onun təzə eritrositlərini məhv edirlər. Körpədə qan azlığı və ürək xəstəlikləri üzə çıxır. Uşağın sağ doğulması çətindir, ancaq doğulsa da, orqanizmində eritrositlərin parçalanması nəticəsində bilirubin adlı zəhərli maddə əmələ gəlir. Bu maddə, əsasən, beyinə zərər verir və meydana gələn neyroloji problemlər hətta ölümlə nəticələnir.
Qan hələ keçən əsrdə tədqiq edilmişdir. Halbuki qan ilk insan yaradıldığı andan etibarən damarlarda hərəkət edir, funksiyalarını yerinə yetirir, müxtəlif maddələri, faktorları, molekulları tərkibində daşıyır.