Dəniz suyunun duzluluğu necə meydana gəlmişdir?
Dəniz suyunun duzluluq faizi nə üçün dəyişmir?
Okeanlarda yaşayan planktonlar dünyanın temperaturuna necə təsir edir?
Dəniz suyunun duzlu olduğu hamıya məlumdur. Dəniz suyunun duzluluğu çox həssas ölçüdədir. Aparılan tədqiqatlarla dəniz suyunun orta duzluluq dərəcəsinin 3.5% olduğu və bu faizin sabit qaldığı müəyyən edilmişdir. Bu, 1 mil (1.6 km) suda təqribən 186 milyon ton duz olması deməkdir.
Məsələn, okeanlardakı bu qədər duz ilə qitələri 152300 metr qalınlığında duz təbəqəsi ilə tamamilə örtmək mümkündür.
Bəs bu duzluluq necə meydana gəlmişdir?
Elm adamları dəniz suyunun duzluluğunun necə əmələ gəldiyinə dair bir çox fikir irəli sürmüşlər. Bu fərziyyələrdən birinə əsasən, qurudakı elementlər aşınma nəticəsində dənizlərə daşınmış, ona görə, qurudakı elementlərin hamısı dəniz suyunda da var. Məsələn, isti dəniz suyunun 85%-dən çoxu natrium xloriddən, yəni xörək duzundan ibarətdir. Çayların gətirdiyi natrium kimi minerallar torpaq və qayaların aşınması nəticəsində üzə çıxır. Lakin dəniz suyundakı bor və xlor kimi digər elementləri çaylar gətirmədiyinə görə, bu prosesdə başqa amillərin da rol oynadığı düşünülür.
Başqa fərziyyəyə görə, dəniz suyunun duzluluğu yer qabığının təbəqələri arasındakı qazlardan qaynaqlanır. Müxtəlif dövrlərdə yer qabığı ilə yerin mərkəzi arasında qalan təbəqənin zəhərli qazlardan təmizlənməsi prosesində digər maddələrlə birlikdə su və xlor da yer qabığının altındakı ərimiş vulkanik qayaların arasından çıxır. Bu fərziyyəyə görə, dövrümüzdə müxtəlif aşındırma amilləri (külək, çaylar, yağış suları və s.) nəticəsində atmosferə yayılan bu elementlər dənizlərə yağıntı şəklində düşür.
Mineralların dəniz suyuna qarışmasının digər yolu isə ölən dəniz heyvanları vasitəsilə olur. Dəniz heyvanları öldükdə torpağa qarışıb yenidən dənizə qayıdırlar.
Dəniz suyunun duzluluğu nə üçün getdikcə artmır?
Dəniz suyundakı duzun miqdarında yüz milyon illərdən bəri mühüm dəyişiklik olmayıb. Həll olmuş maddələrin miqdarının zamana və yerə görə dəyişməsi ilə yanaşı, müəyyən elementlərin okeanlarda hər dövrdə eyni faizdə olduğu qəbul edilir. Bu cəhətdən okeanı, lazımi ölçünü sabit saxlamaqla, elementlərin bir tərəfdən suya əlavə edilib digər tərəfdən müntəzəm boşaldıldığı böyük çənə bənzətmək olar. Məsələn, elementlərdən bəziləri qayalarla birləşir, beləliklə, torpaq tərəfindən sorulur və bu proses nəticəsində çöküntüyə çevrilir. Dənizdə yaşayan bitkilər və heyvanlar da bu elementlərdən faydalanırlar. Bu yolla dəniz suyundakı mineralların miqdarı daima sabit qalır. Beləliklə, yer üzündə həyatı davam etdirən qüsursuz müvazinət qorunur.
Planktonların dünyanın temperaturuna təsiri
Yer üzündə həssas müvazinətlə qurulmuş, ahəngdar sistem var. Yeri həyat üçün əlverişli edən bu sistemdə yaşayan varlıqlar, eyni zamanda, sistemə də fayda verirlər. Hikmətli yaradılışı göstərən bu nizamda bəzi canlıların daha vacib funksiyaları var. Okeanlarda yaşayan və balinaların qidalandığı planktonlar da bunlardan biridir.
Planktonların çoxu dimetil-sulfid adlı kimyəvi maddə hasil edirlər. Bu maddə oksigenlə birləşərək sulfata çevrilir. Sulfatlar okeanın səthindəki su buxarının sıxlaşması üçün nüvə əmələ gətirərək buludları meydana gətirirlər. Bu nüvələr çox böyük olduqlarına görə, yağışa səbəb olmurlar, ancaq buludların günəş şüalarını əks etdirmə və ya sorma dərəcəsinə təsir edirlər. Bu, “albedo” adlanır. Dimetil-sulfid albedonu artırır. Beləcə, buludlar günəş şüalarını əks etdirir, bununla əlaqədar olaraq, torpağa düşən günəş şüaları da azalır. Ona görə, bir çox insanın həyatında bircə dəfə də görmədiyi planktonlar dünyanın çox həssas ekoloji sistemində mühüm yer tuturlar. Bu mikroskopik canlıların vəsiləsi ilə günəş şüaları torpağa daha az düşür və havanın temperaturu da həyat üçün təhlükəli dərəcədə qalxmır.