"Selfie" nədir və nə zaman yaranıb?

"Selfie" nədir və nə zaman yaranıb?

Yəqin “selfie” sözünü son zamanlar sosial şəbəkələrdə çox eşitmisiz.

“Selfie” ingilis lüğətinə 2013-cü ildə daxil edilmiş və sözün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. İngiltərənin ən güclü Universiteti hesab edilən Oxford «Selfie» sözünü 2013-ci ilin sözü elan etdi.

Məlumata görə, ilk “selfie” 1920-ci ildə çəkilmişdir. Şəkildə olan 5 kişi həmin dövrün məşhur fotostudiyası olan “Byron Company”nin əməkdaşları idilər, hansı ki bu studiya 1892-ci ildən fəaliyyətə başlamışdır. Hər iki foto eyni anda çəkilmişdir. Fotoların hər ikisi Nyu-Yorkun məhşur «Marceaus Studio»nun damında çəkilib.

Hazırda məşhurlardan tutmuş adi şəxslərə kimi demək olar ki, hər kəsin sosial şəbəkədə “selfie” fotosu vardır. “Selfie” Avstraliya mənşəli sözdür. 2012-ci ilin sonlarda selfie şəkillər gənclər arasında daha çox məşhurlaşdı.


azens.az
Top