Təhlükə ilə qarşılaşan zaman insan özünü müdafiə etmək və ya dərhal olduğu yerdən qaçmaq üçün orqanizmi daha güclü və cəld olmalıdır. Bu cür fövqəladə hallarda orqanizmdə lazımi tənzimləmə aparılması üçün əvvəla ürəyiniz daha sürətlə döyünməli və daha çox qan vurmalıdır. Belə ki, insan orqanizmi belə hallar üçün qüsursuz yaradılmış və orqanizmimizə təhlükəli vəziyyətdə fəaliyyət göstərən qeyri-adi hormon yerləşdirilmişdir. Adrenalin adlanan bu hormon fövqəladə hal baş verdikdə böyrəküstü vəzilərin daxili hissəsində yerləşən laboratoriyada ifraz olunur və bədənin müxtəlif hissələrinə yayılaraq orqanizmin təhlükəli vəziyyətə uyğun reaksiya verməsini təmin edir.
Qanımızdakı adrenalinin miqdarı nə qədərdir?
Aparılan tədqiqatlar mühüm faktı üzə çıxarmışdır. İnsanın qanındakı adrenalin hormonu aşağıdakı kimi ifadə edilir:
“Əgər orqanizmimizdəki qanı 2 metr dərinliyi, 100 metr diametri olan göllə müqayisə etsək, qanımızdakı adrenalin miqdarı bu gölə tökülən bir çay qaşığı mayeyə bərabər olar”. (Helena Curtis, Sue Barnes, İnvıtation To Biolog, səh. 467)
Miqdarının az olmasına baxmayaraq, bu maddə insan orqanizminə çox güclü təsir edir. Adrenalinin insanlara qazandırdığı bu xüsusiyyətlər yaradılışındakı mükəmməllikdən qaynaqlanır.
Təhlükəli vəziyyətdə lazım olan əlavə qan necə təmin olunur?
Təhlükənin meydana gəlməsilə orqanizmdə həyəcan siqnalı verilir. Beyin böyrəküstü vəzlərə ildırım sürəti ilə əmr göndərir. Böyrəküstü vəzin daxili hissəsində yerləşən hüceyrələr fövqəladə vəziyyət elan edir və təcili surətdə adrenalin hormonu ifraz edilir.
Adrenalin molekulları qana qarışır və orqanizmin müxtəlif hissələrinə yayılır
İfraz olunan adrenalin molekulları damarları tənzimləyir. Bu tənzimləmə təhlükəli vəziyyətdə həyati orqanlara daha çox qan getməsini təmin edir. Bunun üçün ürəyə, beyinə və əzələlərə gedən qan damarlarını genişləndirmə əmri verilir.
Damarların ətrafındakı hüceyrələr adrenalin hormonunun verdiyi əmrə tabe olaraq lazımi damarları genişləndirir. Beləliklə, beyin, ürək və əzələlərin ehtiyacı olan əlavə qan təmin olunur. (Eldra Pearl Solomon, İnsan Anatomisine ve Fizyolojisine Giriş, Çeviri: Doç. Dr. L. Bilkem Süzen, İstanbul, Birol Basın Yayın Dağıtım, avqust 1997, səh. 140)
Adrenalin molekulları nə üçün dəriyə gedən damarları daraldır?
Adrenalin molekulları ürəyə, beyinə və əzələlərə gedən damarları genişlədir, dəriyə gedən damarları isə daraldır. Beləliklə, orqanizm üçün lazım olan əlavə qan təmin olunur.
Dəriyə az qan getməsinin başqa səbəbi də var: əgər yaralanma olarsa, qan itirmə riski azaldılır. Həddindən artıq həyəcanlanan zaman dəridə müşahidə olunan solğunluğun səbəbi də o anda dəriyə daha az qanın getməsidir.