13 yaşlı Eyden Duayer (Aidan Dwyer) bitkilərin yarpaq düzülüşündən (filotaksis) ilham alaraq günəş şüalarını elektrik enerjisinə çevirən kiçik lövhələri ağac yarpaqları formasında düzmüşdür. Ağacın yarpaqları şəklində dizayn olunmuş günəş lövhələri standard, yastı lövhələrə nisbətən 20-50% artıq enerji istehsal edir. Qışda ağacların budaqlarının yuxarıya doğru spiralvari düzülüşünü müşahidə edən Duayer bunun müəyyən məqsədə xidmət edib-etmədiyini öyrənmək üçün araşdırma aparmış və spiralın riyazi təsvir metodu olan Fibonaççi sayı ilə qarşılaşmışdır. O, budaqları daha yaxından tədqiq etmiş və günəş lövhələrinin eynilə palıd ağacının yarpaqlarının düzülüşü kimi yerləşdirildiyi təqdirdə, 20-50% daha artıq enerji əldə ediləcəyini hesablamışdır. Burada ən nəzərə çarpan hallardan biri odur ki, dekabr ayında günəşin ən alçaq üfüq xəttində olduğu vaxtda daha çox enerji əldə edilir. Soyuq mövsümdə bu ağac modeli 50% artıq enerji istehsal edir.
Bu nailiyyətinə görə, Eyden Duayer Amerika Təbiət Tarixi Muzeyi tərəfindən Gənc Təbiətçi mükafatına layiq görülmüşdür:
Ağac modeli yastı lövhə düzülüşü ilə müqayisədə daha az yer tutur və günəşli günlərin az olduğu ərazilər üçün əlverişlidir. Qışda isə daha çox günəş enerjisi istehsal edir. Qar, soyuq hava və kölgə bu dizaynla tərtib olunmuş lövhələrə mənfi təsir etmir. Habelə, ağac modeli daha xoş görüntü verir. Bu model boş yerin və birbaşa günəş işığının az olduğu şəhərlər üçün daha səmərəlidir.