Android sistemli mobil telefonlarda təhlükəsizlik qaydaları

Android sistemli mobil telefonlarda təhlükəsizlik qaydaları

Son illər ağıllı telefonların bazara çıxarılması əsas işi texnologiya ilə  bağlı olan və bu texnikadan düzgün istifadə etməyi bacaran insanların işini daha  da asanlaşdırdı. Lakin bütün bunlarla yanaşı, düzgün istifadə edilmədiyi halda  ağıllı telefonlar həm də şəxsi, gizli məlumatlarımızın deşifrə edilməsi  baxımından olduqca təhlükəlidir. Bu tipli təhlükələrlə qarşılaşmamağınız üçün  indi sizinlə Android sistemli mobil vasitələrdən istifadə edərkən əməl etməli  olduğumuz təhlükəsizlik qaydaları haqqında danışmaq  istəyirik.

Ekranınızı kilidləyin! Əməl etməli olduğunuz  ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki,  bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə  başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə  hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə  kilidləyin. Bu mövzuda App Lock tətbiqini “Google Play Store”dan pulsuz yükləyə  bilərsiniz.

Mobil telefonunuz itibsə, təşvişə ehtiyac yoxdur Bu  mövzuda həm Google, həm də ESET Mobile Security, Anti-Theft tətbiq proqramı sizə  unikal təhlükəsizlik tədbirləri təklif edir. Belə ki, səssiz rejimdə olan  telefonunuz evdə itsə belə, (divanın, şkafın arxasına düşsə də) Anti-Theft  tətbiqi ilə onu asanlıqla tapa bilərsiniz. Eyni zamanda telefonunuz sizdən çox  uzaqda olduğu halda başqasının əlinə keçməsin deyə onu kilidləyə və xəritə  üzərindən yerləşdiyi ərazini tapa bilərsiniz.

Gizli məlumatlarınızı telefonda saxlamayın Məsələn,  kredit kartınızın şifrəsini və ya şəxsiyyət vəsiqənizdəki fotoşəkili  telefonunuzun yaddaşında saxlamağınız təhlükəsizliyiniz baxımından etibarlı  deyil. Çünki mobil telefonunuz istəmədiyiniz bir insanın əlinə keçərsə, o  asanlıqla bu məlumatlardan istifadə edərək sizin adınızdan müxtəlif xoşəgəlməz  işlərə imza ata bilər. Düzdür, telefonunuzu itirdiyiniz halda siz eyni zamanda  “Google Android Device Manager” və “ESET Mobile Security”də Anti-Theft proqramı  vasitəsilə uzaqdan məlumatlarınızı silə bilərsiniz. Amma daha yaxşı olar ki,  şəxsi məlumatlarınızı saxlamq üçün hard disklərdən və mikro kartlardan istifadə  edəsiniz.

Hər proqramı yüklədikdə icazə pəncərəsini diqqətlə  oxuyun! Androiddə tətbiq icazə pəncərləri darıxdırıcı kimi görünsə  də, əslində bu sizin mobil sisteminizin təhlükəsizliyini təmin etmək baxımından  çox önəmlidir. Bəzi hallarda proqram yükləyərkən icazə pəncərəsi sizdən Android  funksiyasına və şəxsi məlumatlarınıza nəzarət etmək üçün icazə istəyir. Əgər bu  icazə mətnini oxumadan onunla razılaşırsınızsa, deməli bilərəkdən şəxsi  məlumatlarınızın təklükəsizliyini heçə endirirsiniz. Bunun üçün də daha yaxşı  olar ki, nə qədər sıxıcı hesab etsəniz də, hər proqramı, tətbiqi yükləyərkən  icazə pəncərəsini diqqətlə oxuyasınız.

Telefonla ödəmə edərkən diqqətli olun! Müasir Android  cihazlar telefonla ödəmə imkanı təqdim edən NFC sisteminə malikdir. Hətta bəzi  ölkələrdəki mağazalarda bununla bağlı ödəmə sistemləri fəaliyyət göstərir. ESET  araşdırmaçıları belə qənaətə gəliblər ki, banklarla bağlı hər yeni texnologiya  komputer hücumları üçün potensial hədəfdir. Buna görə də bu texnologiyadan  istifadə edərkən bankdan doğru məlumat alınması və ya birbaşa olaraq NFC sistemi  ilə ödəmə edilməsi tövsiyə edilir.

Təhlükəsizlik proqramı istifadə edin! ESET-in  məlumatlarına görə, son bir ildə ağıllı telefonlarda mənfi məqsədlərlə işlədilən  proqramların sayı 63% artıb. Yəni, heç də istifadə etdiyiniz bütün proqamlar  təhlükəsiz deyil. Bunun üçün eyni ilə komputerinizi qoruduğunuz kimi cib  telefonunuzu da qorumaq məqsədilə mobil təhlükəsizlik (Mobile Security)  proqramları istifadə edin!

Top