Çəhrayi göllərin sirri

Çəhrayi göllərin sirri

Hillier Gölü, Avstraliya.
Qərb Avstraliyada olan bu göl parlaq gül çəhrayısı rəngi səbəbiylə ən şöhrətli çəhrayı göllərdən biridir. Üstəlik rəngi qalıcıdır.

 

Retba Gölü, Senegal.
Dakarın şimal şərqində olan Retba Gölü çəhrayı rəngini Dunaliella yosunudan alır. 40%-ə çatan duz nisbəti sayəsində göldə batmaq mümkün deyil.


Salina də Torrevieja, İspaniya.
İspaniyanın cənub şərqində olan gölün yaratdığı mikroiqlimi sayəsində bölgə Avropanın ən sağlam həyat sahəsi seçilmiş. Üstəlik göldən əldə edilən duz da çox keyfiyyətli.

 

Hutt Gölü, Avstraliya.
Qərb Avstraliyada yerləşən bu gölün rəngi içindəki yosunlara görə qırmızıya da çevrilir.

 

Dusty Rose Gölü, Kanada
Dusty Rose gölü nə duz gölü nə də yosun ehtiva edir. Onun gül çəhrayısı rənginin səbəbi dağları, buzlaqları aşaraq gələn axar sular. (şəkildə də görə bilərsiniz) Bu axar sular çəhrayı rənglərini bölgəyə xas qayalardan alırlar.


Pink Gölü, Avstraliya.
Qərb Avstraliyada olan bu gölə rəngini yalnız yosunlar vermir. Çəhrayı rəngli Brin krevetləri də böyük rol oynayır.




Masazir Gölü, Azərbaycan.
Bakı yaxınlığında olan bu çəhrayı göl yüksək nisbətdə duz ehtiva etdiyi üçün bölgədə duz fabrikləri qurulmuşdur.




Quairading Gölü, Avstraliya.
Ortasından yol keçən bu gölün xüsusiyyəti ilin müəyyən vaxtlarında yarısının tünd qırmızıya dönməsidir.




Avstraliyada yerləşən Çəhrayı Göllər Bölgəsi.
Hər biri fərqli bir ton çəhrayıdir, çünki ehtiva etdikləri yosun nisbətinə görə dəyişir.




Duz Gölü, Bozcaada.
Bozcaada'dan olan yeganə çəhrayı göldür ki, yüksək nisbətdə duz ehtiva etdiyi üçün bölgə xalqı tərəfindən duz gölü olaraq xatırlanır. Rəngi ​​bəzən qırmızıya da çalan gölün ətrafı antik sütunlar və qalıqlarla doludur.

Top