Raşmor dağları ABŞ-da Keystoun yaxınlığında (Cənubi Dakota) yüksəlir. Bu dağlar əhali arasında Prezidentlər dağı kimi məşhurdur. Qranit qaya üzərində ABŞ-ın 4 məşhur prezidentinin nəhəng portretləri həkk olunub. Bu prezidentlər – Corc Vaşinqton,Tomas Jefferson,Teodor Ruzvelt,Avraam Linkolnun.
Hələ Amerika qitəsi tam zəbt olunmamışdan əvvəl bu dağ yerli əhalinin dilində Six Grandfathers (altı ulu baba) adlandırılmışdır. İngilis biznesmeni Çarlz Raşmor öz hesabına Amerika qitəsinə ekspedisiya təşkil edir.O bu şəkillərin dağın üzərinə həkk olunması üçün 5 min dollar ayırır.
Bənna heykəltəraş Qadson Borqlumun rəhbərliyi ilə 1927-ci ildən 1941-ci ilə qədər davam etmiş bu inanılmaz heykəltəraşlıq nümunəsini yaradılmasda 400-dən çox fəhlə işləmişdir.Amerika prezidentləri əks olunduğu bu dağ indi turistlərin marağına səbəb olan bir yerdir.
Bu zaman 450 min tondan çox dağ süxuru ləğv olunmuşdu. Qayalar ilk öncə dinamitlə partladılıb, daha sonra çəkiclərlə işlənilmişdir. Barelyefin hündürlüyü təxminən 18 metrdir (6 mərtəbəli evdən hündür). Simaların nəhəng daş parçaları üzərində həkk olunmalarına baxmayaraq, portretlərin sahiblərinə oxşarlığı danılmazdır. Raşmor qayası üzərindəki bu barelyef ABŞ-ın milli abidəsi hesab olunur.
Dağın coğrafi adı Raşmor dağıdır. Bu dağ 1884-cü ildə bu dağlara ekspedisiya təşkil edən nyu-yorklu biznesmen Çarlz E. Raşmorun şərəfinə belə adlandırılmışdı. Deyilənə görə, Raşmor Cənubi Dakotaya qayıtdıqda onun nə gördükləri ilə bağlı maraqlanmağa başladılar. O bunlara cavab olaraq bildirmişdi ki, bu günə qədər bu dağların heç bir adı yox idi, lakin bu gündən sonra onların adı Raşmor olacaq.