Beynin ən təhlükəli tərəfi, «tərs səy göstərmə» qaydasına görə
çalışdığı vaxtlardır. Başınıza gəlməsindən ən çox qorxduğunuz şeyə diqqətinizi yönəltsəniz, beyin onu sizə çəkər, qorxduğunuzu başınıza gətirər! Buna tərs səy göstərmə qaydası deyilir. Bataqlıqdan çıxmağa çalışdıqca, dibə batmağa bənzər.
Beyin diqqəti yönəltdiyiniz hədəf üçün çalışar, hədəf mənf olsa belə onu reallaşdırmaq üçün çalışar! Toplum qarşısında çıxış edərkən «görəsən həyəcanlanacağammı» deyə düşünsəniz, həyəcanlanacaqsınız! Qorxunuza deyil, mövzunuza diqqətinizi yönəldin.
Başınıza gəlməsindən qorxduğunuz ən pis şeyə deyil, başınıza gəlməsini istədiyiniz ən yaxşı şeyə fokuslanın. Unutmayın başınızda ən çox nəyi düşünsəniz, həyatınızda onu çoxaldarsınız.
Yeni bir həyat üçün lazım olan, yeni bir ağıldır!
Mövcud ağılınızı sizi bu anda olduğunuz yerə gətirdi. Daha fərqli və daha yaxşı bir həyat istəyirsinizsə, yeni bir ağıl əldə etməkdə fayda var! Yeni bir həyat üçün lazım olan, yeni bir ağıldır. Eyni vəziyyət problemləri həll etmək üçün də lazımdır.
Eynşteyn «bir problemi yaradan bir zehini, eyni səviyyədə işlədərək o problemi həll edə bilməzsiniz» deyib. Həlli görəcək yeni bir ağıl tapmaq ya da məsləhətçilik götürərək mövcud ağla çəkmə qat atmaq gərək!
Müdriklik dolu, «kaş ki»siz bir həyat üçün əvvəl düşün sonra yaşa, ən sonunda da yaşadığın üzərinə bir daha düşün.