1. Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə
həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.
2. Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.
…
3. Yolları korallardan olan dünyada yeganə ölkə Quamdır. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı korallardan və neftdən istifadə etməklə hazırlayırlar.
4. Göllərinin sayı ən çox olan ölkə Kanadadır. Dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.
5. Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır. Burada dünyada istehsal olunan opiumin 95%-i istehsal olunur.
6. Oksigenin ən böyük istehsalçısı olan ölkə Rusiyadır. Dünya meşələrinin təqribən 25%-i Sibirdə bitir və ABŞ-ın kontinental hissəsindən çox ərazini əhatə edir ki, bu da Rusiyanı dünyanın ən güclü karbon qazını oksigenə çevirən ölkəsi edir.
7. Dünyanın ən təhsilli ölkəsi Kanadadır. Bu ölkənin əhalisinin 50%-nin təhsili orta ixtisas təhsilindən aşağı deyil. Kanadadan sonra İzrail – 45% və Yaponiya – 44% gəlir.
8. Tanklarının sayı ən çox olan ölkə Rusiyadır. Rusiyada tankların sayı 21 000-dir. İkinci yerdə 16 000 tankı olan ABŞ-dır.
9. Ən gənc əhalisi olan ölkə Nigerdir. Niger əhalisinin təqribən yarısı 15 yaşdan gəncdir. Ölkə ərazisinin 80%-i səhra olduğundan görünür ki, burada yeganə iş uşaq dünyaya gətirməkdir.
10. Dillərinin sayı ən çox olan ölkə Papua-Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, bu tam rəsmidir: ingilis dilində əhalinin 2%-i danışır. Papua-Yeni Qvineya sakinləri 820-dən çox müxtəlif dillərdən istifadə edirlər ki, bu da dünya dillərinin 12%-ni təşkil edir.