Xına ilk dəfə Şimali Afrikada becərilməyə başlanıb. Daha sonra Hindistana oradan isə Avropaya gətirilib. Qədim zamanlardan xınadan ancaq bəzək vasitəsi kimi istifadə edilib.
Lakin xına üzərində aparılan araşdırmalardan sonra məlum oldu ki, xına təkcə bəzək vasitəsi deyil, həm də insan sağlamlığına böyük faydaları var. Hətta Misir ehramlarında xınadan müalicə vasitəsi kimi istifadə edildiyinə dair yazılar tapılıb. Publika.Az xınanın faydalarını təqdim edir:
• Xına dərini bakteriyalardan və göbələklərdən mühafizə edir.
• Baş ağrısı və hərarəti aradan qaldırır
• Xına həmçinin sifilis xəstəliyinin müalicəsinə köməklik edir.
• Dırnağın və dırnaq diblərinin möhkəmlənməsində də xınanın əhəmiyyətli rolu var. Dırnaqların tez qırılmasının qarşısını alır.
• Xına saçların dibini möhkəmləndirərək saç tökülmələrinin qarşısını alır, sızanaqları və civzələri yox edir.