Ümumiyyətlə, qorxunc qəzalar zamanı dağıntılar arasından zərər dəyməmiş şəkildə tapılan bu qutular sayəsində qazanın səbəbləri aydınlaşdırılır. Təyyarə qəzalarında təyyarə tamam parçalansa da, dənizin dibinə getsə də dərhal «kokpit» deyilən pilot kabinasındaki son danışıqları qeydə alan «qara qutu»lar axtarılır. «Qara qutu»ların rəngləri əslində qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi dağıntılar arasından daha rahat tapılmaları üçündür
Bəs nə üçün «Qara qutu» bu qədər möhkəm materialdan hazırlanırsa, təyyarə özü tamamilə bu materialdan hazırlanmır? Təyyarənin hissələrini «qara qutu» materialından hazırlamaq parçalanma və yanğından zərər görmə təhlükələrini önləyər amma çox təəssüf ki bu materialdan hazırlanmış bir təyyarə də uça bilməz.
Təyyarələrin rahat şəkildə havada qala bilmələri, uzun məsafələri az yanacaqla qət etmələri, mümkün qədər yüngül materialdan hazırlanmış olmalarına bağlıdır. Bu materiallar, əsasən, alüminium və plastiktir.
«Kokpit»dəki səsləri və uçuş məlumatlarını qeydə alan hər iki qutu paslanmayan poladdan hazırlanır. En və uzunluqları təxminən 25 santimetr, hündürlükləri 12-13 santimetrdir. Qutuların qalınlıqları isə 6-7 millimetr qədərdir. Qutular, həmçinin, istiliyə və yanğına qarşı davamlı olması üçün plastiklə örtülü maye köpük ilə də təchiz edilmişdirlər.
Qutular o qədər möhkəmdirlər ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılsa da, amma buna baxmayaraq qeydlər aydın olaraq dinlənilmişdir. Əvvəllərqutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə qoyulurdu. Bu bölgə təyyarənin ən ağır qismi olduğundan eniş anında bu ağır parçalar qutuların üzərlərinə düşərək zərər verə bilirdilər. Sonralar qutular təyyarənin quyruq hissəsinə qoyulmağa başlanıldı. Təbii ki bu, təyyarənin quyruq hissəsindəki kreslolar insanlar üçün daha təhlükəsizdir mənasını verməz, ancaq bu yer qəza zamanı «qara qutu»ların təyyarənin qalıqlarından ən uzağa düşməsini təmin etməkdədir
Təyyarə qəzalarının səbəbləri müxtəlifdir. Havada partlayaraq düşən təyyarələrdə sərnişinlərin xilas olma ehtimalı yoxdur. Bu səbəblə də təyyarənin hazırlandığı vəsait bu baxımdan əhəmiyyətli deyil. Təyyarə yerə bir bütün halında dəysə də, düşən bir liftdə olduğu kimi sərnişinlər toqquşmanın şiddətindən həyatlarını itirərlər.
Təyyarənin içinə maye köpük doldurmaq elektronik alətləri qoruya bilər amma insanların yalnız ölüm səbəblərini dəyişdirər.