“Scientific Amerikan” jurnalında dərc olunmuş elmi araşdırmaların nəticəsi, qarında piyin yığılması ilə yaddaş zəifliyinin arasında bağlılığın olmasını deməyə imkan verir, həmçinin, qarın nahiyəsində piy yığılan adamlarda “demensiya” (qocalara xas, yaddaş, nitq, beyin funksiyalarının pozğunluğu) xəstəliyi daha tez-tez rast gəlinir. Piylənmənin yaddaşa mənfi təsiri hələ 2010 – cu ildə aşkarlanmışdı, lakin alimlər bu prosesin mexanizmini tam aydın müəyyən edə bilməmişdilər.
Son araşdırmalara əsasən, qarın nahiyəsində olan piyin yandırılması zamanı, insanın ciyəri zülaldan istifadə edir, zülal isə öz növbəsində yaddaşın formalaşmasında və fəaliyyətində iştirak edən komponentdir. Piy çox olanda isə, ciyər çatışmayan komponentləri digər orqanlardan almaqla kompensasiya edir, bu orqanların arasında, ürəyi, əzələləri, böyrəkləri və bədənin bəzi diqər daxili toxumalarını da göstərmək olar.
Bu isə son nəticədə, yaddaşın zəifləməsi ilə yanaşı, piylənmədən əziyyət çəkən insanlarda, arıq insanlara nisbətən qocaldıqda “marazm” xəstəliyinin əmələ gəlməsi qorxusunun 3,6 dəfə çox olması deməkdir. Nəzərə alsaq ki, Azərbaycanda xüsusən kişilər və eləcə də gənc oğlanlar arasında artıq piylərə malik bir çox insan var, bizim vətəndaşlarımız üçün bu məsələ kifayət qədər əhəmiyyətlidir. Bunun qarşısını almaq üçün isə, aktiv həyat tərzi, idman və sağlam qidanı məsləhət görmək olar.