Sünnətin tarixi qədim zamanlara gedib çıxır hətta dəqiq tarixini bilən yoxdur. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqqında məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyyə etdikləri görülür. Buna baxmayaraq, xristian dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Sünnətin kişi sağlamlığına nə kimi faydası var?
Sidik kanalının infeksiyaya yoluxmasının qarşısını alır. Sünnət olunmayan zaman artıq dəri infeksiya üçün əlverişli bir mühüt rolun oynayır. ABŞ tədqiqatçılarının araşdırmalarına əsasən sidik kanalının infeksiyaya yoluxmasında sunnətsiz kişilər sünnət olunanlardan 20 dəfə çoxdur.
Cinsi yolla yoluxan bəzi xəstəliklərin qarşısını alır. Hətta sünnət olan insanın QİÇS-ə yoluxma riskinin sünnətsizlərə nisbətən az olduğu bildirilir.
Kişilərdə cinsiyyət orqanı xərçənginin qarşısını alır. Bu xəstəlik nadir bir xəstəlik olub 100 000 kişidən 0,7-0,9 kişidə rast gəlinə bilər.
Cinsiyət orqanının iltihabının qarşısını alır. İkinci dünya müharibəsi zamanı Körfəzdə döyüşən əsgərlərin burada tez-tez baş verən qum fırtınaları nəticəsində bu problemlə rastlaşdıqları məlumdur.
Hansı yaşda sünnət olunmalıdır?
Bəzən yaraların daha tez sağalması, qanamanın az olması və psixoloji travmanın olmaması baxımından bu əməliyyatın 0-1 yaş arasında edilməsi məsləhət görülür, lakin bəzi məqamlar var ki, uşağın sünnət olması onun sağlamlığı üçün təhlükəlidir (sidik dəliyinin normal yerindən aşağı və ya yuxarı olması və.s.) bu hallar isə 6-7 yaşda özünü göstərdiyi üçün sünnət üçün ideal yaş 7 yaşdan sonra göstərilir.
Sünnət hansı hallarda olmaz?
Sünnət bədən hərarətini qorumayan, aktiv qidalanmayan və xəstə uşaqlara edilmir.
Hipospadias və ya başqa bir ürogenital anomaliya olanlara, həmin xəstələr tam müalicə olunmayana qədər sünnət olunmamalıdır.
Qanama xəstəliyi olan biln insanlarda (aşırı qanama, yaxud ailəsində qanama olan) lazımi tədbirlər görülüb qəti diaqnoz qoyulmadığı halda sünnət olmaz.
publika.az