Kilobayt (Kbayt) 1 000 bayt,
2 Kbayt: bir çap səhifəsi,
100 Kbayt: aşağı imkanlı fotoşəkil,
Meqabayt (Mbayt) 1 000 000 bayt,
1 Mbayt: kiçik roman və ya 1 floppi-disk,
2 Mbayt: yüksək imkanlı fotoşəkil,
5 Mbayt: Vilyam Şekspirin əsərlərinin yığılması,
10 Mbayt: yüksək keyfiyyətli 1 dəqiqəlik audioyazı,
100 Mbayt: 1 metr uzunluğunda olan kitab rəfi,
500 Mbayt: CD-ROM,
Qiqabayt (Qbayt) 1 000 000 000 bayt,
1 Qbayt: bir yük maşını qədər kitab,
20 Qbayt: Bethovenin bütün əsərlərinin yazılması,
100 Qbayt: akademik jurnalların kitabxana külliyyatı,
Terabayt (Tbayt) 1 000 000 000 000 bayt,
1 Tbayt: 50 min ağacın sərf edildiyi kağızda çap edilə biləcək mətn,
2 Tbayt: iri akademik kitabxana,
10 Tbayt: ABŞ Konqresi kitabxanasının çap materialları,
400 Tbayt: ABŞ Milli İqlim Mərkəzinin verilənlər bazası,
Petabayt (Pbayt) 1 000 000 000 000 000 bayt,
2 Pbayt: ABŞ-ın bütün akademik kitabxanaları,
20 Pbayt: 1995-ci ildə buraxılmış sərt disklərin tutumluluğu,
200 Pbayt: nə vaxtsa çap edilmiş bütün materiallar,
Ekzabayt (Ebayt) 1 000 000 000 000 000 000 bayt,
2 Ebayt: 1999-cu ildəki (istehsal olunmuş) verilənlərin ümumi sayı,
5 Ebayt: bəşəriyyətin mövcud olduğu vaxtdan işlənən sözlərin sayı.
1999-cu ildə bütün dünyada 2-dən 3-dək, 2002-ci ildə isə 3-dən 5-dək verilənlər ekzabaytı yaradılmışdır. Cədvəldən göründüyü kimi, cəmi 1 il ərzində yığılmış məlumatların sayı bəşər tarixində nə vaxtsa deyilmiş şifahi nitqin təxminən həcminə bərabərdir. Bununla belə, bu məlumatların 90%-dən çoxu maqnit daşıyıcılarında və təxminən 50 %-i kompüter lentlərində və ya disklərində saxlanılır.
Leonid Çernyak “Navstreçu sistemam xraneniya dannıx”
“Otkrıtıye sistemı” jurnalı, mart 2004-cü il