1.Hamilə, zahı qadınlar güzgüyə yalnız səhər və günorta baxa bilər.Axşam qəti olmaz ,yoxsa şər qüvvələrin hücumuna məruz qalarsız...
2.Yeni doğulmuş körpəni altı aylığına kimi güzgüyə yaxınlaşdırmağa icazə vermirlər ona görə ki… uşağın bəsirət gözü o vaxta kimi açıq,aura qatı zəif olur. Uşağın ruhunu güzgü apara bilər,yaxud da uşaq gec dil açıb,gec yeriyər…
3.Toy günü güzgü öndə gedir, ona görə ki, bəy-gəlinə dəyəcək nəzər güzgüyə hopsun,onlara ziyan vurmasın.Bəylə-gəlinin eyni güzgüyə baxması ömür boyu bir yerdə olmaq nişanəsidir.Toy günü və ya sonrası güzgünün sınması bədliyə yozulur,ona görə ki güzgüyə hopmuş mənfi enerji o qədərdi ki,güzgü tab gətirməyir.Güzgünün yerə qəfil çırpılıb sınması ilə mənfi enerji axını ətrafa səpələnir və insanın aurasına hopur.Ona görə də həmin evdə,ailədə nəsə pis hadisə olacağını güman edirlər.Amma heç də həmişə belə olmur.Bəxt güzgüsü sınmış neçə-neçə qadın var ki,bu işi xeyirliyə yozduqlarından və fikir vermədiklərindən heç bir bədbəxtliklə üzləşməyiblər...
ƏNTİQ GÜZGÜ ALMAYIN!
Əntiq güzgülər də qədim qəsrlər kimi ağır,sirli, dərinliyində ruh və kabuslar məskunlaşmış ola bilər.Keçmişdə yaşamış və bu güzgüdən istifadə etmiş,artıq həyatda olmayan insanların xatirələri, izləri güzgüdə qalır.Heç bir əşya-hətta daraq belə güzgü qədər insana bağlı olub, öləndən sonra onun haqda informasiyanı saxlamır.Içində ruh əsiri olan kabus güzgünü nə baxıcı,nə də cadugər təmizləyə bilməz.Adətən, belə güzgülər buz kimi soyuq və tükürpədici olur.Yeganə yol- kənar yerdə güzgünü sındırmaqdır