OK

OK

OKOK — amerika ifadəsidir, “hər şey yaxşıdır, hər şey qaydasındadır”  mənasını bildirir. Artıq international söz hesab olunur və demək olar ki, bütün dövlətlərdə bu kəlmə hədsiz dərəcədə çox işlənilir. Global Language Monitor  (GLM)  Assosiyasının müşahidələrinə görə OK planetdə ən çox yayılmış və hamının qəbul etdiyi sözdür.

   Hər gün işlətdiyimiz bu söz hardan meydana gəlib? Mənası nədir?

     O.K. ― Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti olmuş Martin Van Byurenin ləqəbi olub. Old Kinderhook — onun doğulduğu holland qəsəbəsi bu cür adlanırdı. Prezident bu bənzəri olmayan adı özünə təxəllüs seçdi.

Seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam sloqanı hazırladılar: “Old Kinderhook is O.K”. Seçkilərdə dəstək məqsədiylə Martin  “The OK Club” adlı siyası qrup yaradır. “OK” daim dildə fırlanmağa başladı. Bu sözün anadan olma tarixi 1839-cu il 22 mart hesab olunur. Amma ilk dəfə 1938-ci ildə boston qəzetlərinin birində işlədilib.

Hazırda  O.K.  kəlməsinin 172 yaşı var. Martin Van Byuren  OK sözcüyünün müəllifi hesab olunur.

      Daha bir versiya da var. Burada OK  “oll korrect” sözlərini ifadə edir. All correct sözünün yanlış yazılışı. Deyilənlərə görə, ABŞ prezidenti Endryü Cekson  “all correct”  sözünü, yəni, hər şey qaydasındadır ifadəsini “oll korrect”  kimi işlədirdi. Amma bu ikinci fərziyyədir. 

Mənbə: azens.az 

Top