Bluetooth

Bluetooth

Bluetooth“Bluetooth”  sözünün hərfi mənası — mavi diş deməkdir. Bəs bunun telefon və kompüterə nə aidiyyatı var?

Bu ad 930-986-cı illərdə yaşamış Danimarka kralının adına söykənmişdir.

  Kral Harald Bluetooth skandinav ölkələrini birləşdirmək uğrunda çalışırdı. 958-ci ildə taxta çıxan Herald 976-cı ildə vuruşaraq Norveçı öz tərkibinə qatır. Bununla Herald Bluetooth iki dövlətin kralı olur, Norveç və Danimarka. Heraldın daxili, xarici və birləşdirmə siyasəti dünyada məşhurdur.

  «Bluetooth» ləqəbinin yaranmasına iki səbəb var. Birincisi — kralın dişləri doğurdan da patoloji rəngdə idi, yəni mavi rəngdə. İkincisi — bu adı ona vikinglər qarabuğdayı və tünd saçlı olduğuna görə vermişlər.

Vikinglərin dilində kralın ləqəbidir. Lakin  o tarixdə dişinin rəngiylə yox, başqa xüsusiyyəti ilə iz qoyub. O parçalanmış Danimarkanı ümumi dövlət kimi birləşdirir və 965-ci ildə xristianlığı ölkədə əsas din elan edir. Buna görə onun ikinci ləqəbi də var —  Birləşdirən.

  Ellinqdə olan qədim daşların üzərində  “Harald bütün Danimarkanı fəth etdi”  kəlməsi yazılmışdı. Bu daşın üzərində onun almanlarla döyüşündən də bəhs olunub.

  Əsası 1998-ci ildə qurulmuş bu texnologiyanı ilk əvvəl beş şirkət — Ericsson, Nokia, IBM, Toshiba və İntel dəstəklədi. Bluetooth sistemi müxtəlif qurğuların birləşməsi üçün nəzərdə tutulmuşdur. Onun sayəsində iki və ya bir neçə mobil telefonun, telefonun və kompüterin arasında simsiz əlaqə yaradılır.

Tezliyin uyğunlaşan dəyişikliyini nəzərdə tutan Bluetooth 1.2 spesifikasiyası hazırlanmışdı. Siqnalların simsiz ötürülməsini 10 metrdən 100 metrə qədər həyata keçirməyə icazə verən texnologiyadır.

20 may 1998-ci il Xüsusi İşçi Qrupun  (Special Interest Group  SİG) rəsmi təqdim etməsi olur. Danimarkalılar tarixlərinə və tarixi şəxsiyyətlərinə çox sadiq olduqları üçün bu adı məhz texnologiyada yaşatmağı qərara alırlar. Və bu yeni texnologiya Bluetooth adı ilə dünyaya çıxır. 

Top