Yalnız Çinlilərin deyil, Yaponların, Orta və Cənub-şərqi Asiyada yaşayanların hətta Eskimosların belə gözləri çəkikdir. Əslində 'çəkik gözlü' olmaq tərifi qətiliklə səhvdir. Göz quruluşu dünyada bütün insanlarda eynidir. Fərqi yaradan yalnız göz qapaqlarıdır.
Çəkik gözlü deyə xarakterizə edilən irqlərdə gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə doğru daha çox enmişdir və bu vəziyyət gözün sanki daha darmış kimi görünməsinə səbəb olur. Yaxşı bu, nə üçün belədir?
Bir nəzəriyyəyə görə göz qapağının üzərində dayanan ikinci qıvrım, bu insanların gözlərini sıx olan qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir cür qar gözlüyü kimi inkişaf etmişdir. Yuxarıda ifadə olunan bölgələrin bəzilərində qar çox az yağsa belə elm insanları bu gün çəkik gözlü deyə xarakterizə etdiyimiz insanların ulu atalarının Sibirdən yəni Asiyanın qar və buzla örtülü ən soyuq bölgəsindən cənuba, bu gün yaşadıqları yerlərə köç etdiklərinə bildirmişlər.
Bu qədər soyuq iqlimdə yaşayanlar artıq bu iqlimə öyrəşmiş idilər. Yalnız gözlər deyil, burun da küləyə ən az məruz qalacaq şəkildə kiçilmiş, burun dəlikləri tənəffüs edilən hava ciyərlərə gedənə qədər istilənsin deyə daralmışdır. Dəriləri də bu səbəblə yağlıdır.
Göz qapaqları da daha yağlı olduğundan, daha sallanan dayanır və bu gözün iç təbəqələrini buza qarşı qoruyur. Bu cür quruluşlu gözə sahib olanlara “çəkik gözlü” deyil, “düşük göz qapaqlı” tərifini vermək daha düzgün olardı.