
Uşaqlar saf və təmiz qəlbləri ilə elə suallar soruşur ki, hətta validenylərini də mat qoyurlar. Bəzən olur ki, ana və ata bu vəziyyətdən çıxış yolu tapa bilmir. 
 
3 yaş qrupunda olan uşaqların soruşduğu suallar 
- Sənin anan var?
 - Sənin atan varmı?
 - Sən nə edirsən indi?
 - O əlindəki nədir?
 - Onunla nə edəcəksən? 

 - Bizə də verəcəksən?
 - Mən də edəcəm?
 - Səndə də var bundan?
 - Sənin adın nədir?
 - Sənin belə oyuncağın var?
 - Sən qızsan?
 - Sən niyə gəlmisən?
 - Yenə də gələcəksən?
 - Anam gələcək?
 - Atam da gəlir?
 - Maşınla gedəcik?
 - Mən anamla gedəcəm?
 - Mən atamla gedəcəm?
 - Mənə yemək verəcəksən?
 - İnəyin südü olur?
 - Atam xəstələnib?
 - Yağış yağır?
 - Kim alıb, niyə alıb?
 - Bu nə rəngdir?
 - O nədir, bu nədir?
 - Divarları kim rəngləyib? Olar mən də rəngləyim?
 - Təyyarə göydə necə uçur?
 - Çörək aldın?
 - Nəyə gülürsən?
 - Şirindi, ya acı?
 - İstidir, ya soyuq?
 
4 yaş qrupundakı uşaqların soruşduqları suallar
- Paket çay nə deməkdir?
 - Fənər nədir?
 - Atam hara gedir?
 - Nənəm, babam, atam evdədir?
 - İti və ya pişiyi soruşduğu zaman onun evi haradadır?
 - Mən böyümüşəm?
 - Balaca olanda nə edirdim?
 - Oyuncaq almağa gedək?
 - Məni də bazara apararsan?
 - Ana məni nə qədər sevirsən?
 - Mən nə vaxt üzümü qırxacam?
 - Mən nə vaxt kəməri olan şalvar geyinəcəm?
 
 
5 yaş qrupundakı uşaqların soruşduğu suallar
- Qış nə vaxt qutaracaq? Qışdan sonra yaz gələcək? 

 - Qardaşın niyə elə edir?
 - Niyə mənə oyuncaq almırsınız?
 - Kompyuterdə niyə oyun yoxdur?
 - Böyüyəndə ona icazə olar?
 - Sən böyüyəndə nə olacaqsan?
 - Fotolara baxdığı zaman, niyə mən burda balaca düşmüşəm.
 - Ana sənin niyə filmədəki kimi sehrli çubuğun yoxdur?
 - Quşlar necə uçur?
 - Təyyarənın bir qanadı qırılsa, uça bilməz?
 - Planet nədir?
 - Boyun uzanıb?
 - Sən böyüyəndə kimlə evlənəcəksən?
 - Mən niyə sənin kimi yazmıram? Bankamantdan pul necə çəkilir?
 - Çiçəklər necə gül açır?
 - Burda nə qədər pul var?
 - Evə nə vaxt gedəcəyik?
 - Mən tək yatacam?
 - Hara gedirsən?
 - Məni dərsdən kim gətirəcək?
 - İnsanlar niyə ölür?
 - İnsanlar öldükdən sonra geri qayıtmır?
 - Yeməyimi yemisəm, Allah məni daşa döndərər?
 - Kişilər ağlamaz, elə?
 - Hörümcək adam uçur?
 - Burda nə qədər adam var?
 - Yeməkdə nə var?
 
6 yaş qrupundakı uşaqların sualları 
- Sənin neçə yaşın var?
 - Bu neçədir?
 - Saat neçədir?
 - Öləndə nə olar?
 - Tətil nə vaxt başlayacaq?
 - Bu adam nə iş görür?
 - O adam niyə dilənir?
 - Yaz nə vaxt gəlri? 

 - Makiyaj niyə edilir ki?
 - Məktəbə nə vaxt gedəcik?
 - Niyə evlənirlər?
 - Uşaqlığımdan danışa bilərsən?
 - Cib telefonu necə istifadə edilir.
 - Ölənlər hara gedir?
 - Mənim nə vaxt qardaşım olacaq?
 - mənim nə vaxt uşağım olacaq?
 - Məni çox istəyirsən?
 - Bu nə ağacıdır?
 - Futbol necə oldu?
 - Hansı komanda daha yaxşıdır?
 - Mən düyaya necə gəldim?
 - Filmlrədə insanlar həqiqətən də ölür?
 - Maşın necə düzəldirlir?
 - Bunun adı niyə belədir?
 - Məktəbə necə gedəcəm?
 - Evlər necə hazırlanır?