Bədən çəkiniz normaya uyğundurmu? Bunu bilmək üçün bədən kütləsi indeksini hesablayın. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər — bədən çəkisi (kq):boy (m2).
Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65: (1,6x1,6) = 65: 2,56 = təxminən 25,4.
 
Nəticəni aldıqdan sonra cədvələ baxın:
Bədən kütləsi indelsi, кг/м2  | Nəticə  | 
20-dən az  | Çəkiniz normadan azdır  | 
20,0-24,9  | Norma  | 
25-29,9  | Artıq bədən çəkisi  | 
30-34,9  | Yüngül piylənmə (I dərəcə)  | 
35-39,9  | Orta piylənmə (II dərəcə)  | 
40 və artıq  | Ağır piylənmə (III dərəcə)  |