Vatikanın sərvətinin tam olaraq nə qədər olduğu heç bir zaman açıqlanmayan bir sirrdir. İllik gəlirləri bəzən açıqlanır, fəaliyyəti bir az da şişirdilərək göstərilir, ancaq mal varlığı tam olaraq açıqlanmaz. Vatikan tam bir xəsis tacir kimidir; daim gəlirlərinin azlığından şikayətlənər, amma maraqlıdır ki hər keçən il bir az daha zənginləşər, bir az daha çox pul qazanar. Vatikan maliyyəsi ildə iki dəfə araşdırılır. Maliyyə komissiyasında kardinallar var və başçı da («Prefektor» deyilir) amerikalı Kardinal Edmund Szokadır.
Vatikan dünyanın ən zəngin dövlətlərindən biridir. Məşhur Vatikan eksperti Peter Hebblethvaitenin dediyinə görə, bu dövlət heç bir xüsusi təşəbbüskarın, ya da kapitalistin bacara bilməyəcəyi qədər qatı «sosialist» qaydalarla idarə olunmaqdadır. Həmin ekspertin fikrincə, bu səbəbdən də Vatikan yer üzündəki tək Sosialist Dini Dövlət sayılmalıdır.
Həqiqətən də Vatikanda heç bir dövlətin edə bilməyəcəyi bir «sistem» və rəhbərlik anlayışı qüvvədədir. Gördükləri işə görə dünyada ən az maaş alan insanlar buradadır. Buna baxmayaraq cəmi 1000 adamı keçməyən Vatikan bürokratiyası, 2500 işçisiylə dünyanın ən sıx dini birliyini (təxminən 900 milyon) heç bir problem olmadan idarə etməkdədirlər. Bu gerçəyi yeni öyrənən bir amerikalı zəngin özünü tuta bilməmiş və «Aman Tanrım! Məgər dünyanın ən qazanclı şirkəti Vatikanmış» demişdi.
600 adamın istiqamətləndirdiyi 900 milyon insan qeyd-şərtsiz olaraq Vatikana bağlıdırlar və onun əmrlərinə tabedirlər. Ən maraqlısı, onu qorumaq, inkişaf etdirmək və gerçəkdə daha da zənginləşdirmək öhdəçiliyi götürüblər. Bu əməklərinə qarşılıq Papadan ala biləcəkləri tək «gəlir» hər bazar günü Papanın onlar adına etdiyi təşəkkür «duası»dır, o qədər…
Vatikanın birbaşa, ya da dolayı yolla sahibi olduğu və ya istiqamətləndirdiyi gündəlik, həftəlik və aylıq 200-dən çox qəzet və jurnal, 154 radio stansiyası, 49 TV kanalı və ya kabelli yayımı vardır. Bu KİV-lər 24 saat müddətlə bütün dünyanı bir şəbəkə kimi bürüməkdədir. Vatikanın gəlirləri başda hər ölkədəki katoliklərdən kəsilən kilsə vergisi; haqqlar; ianələr, hədiyyələr; şirkət gəlirləri, hissə-səhm sənədləri, bon gəlirləri, bankçılıq və faiz gəlirləri, hədiyyəlik əşya satışlarıyla əldə edilən gəlirlərdən meydana gəlməkdədir. Mətbuat nəşrdən əldə edilən reklam gəlirləri də böyük paradan xəbər verir. Vatikanın digər bir gəlir qaynağı da xristianlığı təmsil edən kəsləri, məsələn İsanı, Məryəmi, əzizləri və ya simvolları (xaç kimi) satışa çıxararaq qazandığı qazanclardır. Bu baxımdan baxıldığında Vatikanın öz “Tanrı”sını (İsa) və dinini ən yaxşı satışa çıxaran holdinq olduğu açıq-aşkar görülə bilir! Vatikanın gəlirləri yalnız bunlardan ibarət deyil. Vatikan, dünyanın qabaqda gələn bir çox şirkətində səhmdardır. Müxtəlif ölkələrdə saysız daşınmaz əmlakı var. Bir çox bankın ortağıdır. Xüsusilə, geyim və turizm sektorlarına çox qazanc gətirən investisiyalar qoyub. Avropa Birliyi içində Vatikana bağlı olaraq çalışan «Katolik Tekstil Sənayeçiləri Birliyi» onun mənfəətlərinin idarəçisi vəziyyətindədir. Bənzər şəkildə ayaqqabı, yemək və enerji ilə inşaat sektorlarında da qazanclı investisiyaları və ortaqlıqları vardır. Sözün qisası, 200 milyon əhalisi olan ABŞ-ı idarə edə bilmək üçün yalnız Vaşinqtonda 250.000 dövlət məmuru olduğu düşünülsə, Vatikan «möcüzəsi (!)» daha yaxşı aydın olar.
İxrac malı olaraq yalnız «Dualar və Əmrləri» olan bir dövlətin dünyanın ən sıxlıq birliyini idarə edib dünyanın ən zəngin dövlətlərindən biri ola bilməsi başqa hansı sözlə tərif oluna bilər ki...
Belə bir zəngin və güclü bir dövlətin başında kim olmaq istəməz ki? Bu səbəbdən də Vatikanın içində daim bir mübarizə yaşanmaqdadır. Vatikanda təsirləri və gücləri tartışılamayacak başlıca altı axın vardır. Bunlardan ikisi «dünyəvi», dördü «dini» xüsusiyyətdədir. Dünyəvilər OPUS DEI (Tanrının İşləri deməkdir) ilə Malta Cəngavərləridir. OPUS DEI, İspan əsllidir və yalnız 65 illik bir təşkilatdır. Buna baxmayaraq hal-hazırda Vatikanda ən təsirli olan «dünyəvi» təşkilatdır. Gizli bir təşkilat olan OPUS DEI-nin bütün üzvləri katolik peşə sahibləri olmaqla yanaşı, hər ölkədə təşkilatdan məsul bir kardinal vardır. Vatikan pasportu daşıyan bu kardinalların toxunulmazlıqları vardır və yalnız Papaya qarşı məsuldurlar. Curia belə bunlarla bacara bilmir. Malta Cəngavərləri isə OPUS DEI-dən çox daha köhnə və köklü, aristokratik bir təşkilatdır. Bu da əvvəlki kimi bağlı dövrə işləyən bir təşkilatdır və ününü türklərə qarşı katolik inancını müdafiə edərək əldə etmişdir. İlk olaraq, Rodosda qurulmuş, bura Osmanlının əlinə keçincə Maltaya sığınıb. Türklüyə və İslamiyyətə kökdən qarşı bir təşkilatdır. Maraqlıdır ki, bu cür qatı katolik təşkilatı ölümündən bir il əvvəl Türkiyənin nəqşibəndi təriqətinin İsgəndərpaşa camaatının müridi olan prezidenti Turqut Özala xüsusi status verərək, şərəf üzvlüyünə qəbul etmişdi!
Vatikanın daxili siyasətində və çəkişmələrində dörd dini axın təsirli olmaqdadır. Bunlardan birincisi, Dominiken təriqətidir. Bunlar üçün ən əhəmiyyətli olan xüsusi təşkilat olaraq Kilsənin davamlılığının qorunması və hər şərt altında müdafiə olunmasıdır. Dominikenler, "Əvvəl Kilsə" deyən təriqətdir. Aristokratik, amma eyni zamanda da qəddar və doqmatiq olmaqla tanınırlar. Orta əsrlərin İnkvizasiya Məhkəmələrini bunlar qurdurub, milyonlarla insanı — xüsusilə də cadugər deyə xarakterizə etdikləri qadınları — yandırıblar. Dominikenlerin tam qarşısında Fransiskan təriqəti var. Bunlar üçünsə əvvəl Romadakı Kilsə deyil, "əvvəl xristianlıq" gəlir. Fransiskanlar yoxsullardan yana, din adına qarşılıqsız çalışan keşişlər birliyidir. Onlar üçün əvvəl Kilsə və ya Papa deyil, xristianlığın yer üzündə bərqərar olması əhəmiyyətlidir. Üçüncü birlik Fransiskanlar qədər çalışqan, amma Dominikenler qədər mərhəmətsiz ola bilən Cizvitlər təriqətidir. Bunlar Katolik aləminin «intellektualları» mövqesindədirlər. Bunlar üçün əhəmiyyətli olan isə «Papalıq mövqeyi»dir. Papaların özləri və ya Kilsənin özü deyil, «Papalıq Mövqeyi»nin qorunması və müdafiə olunması prioritet daşımaqdadır. Cizvitlər bu anlayışla bir çox Papaya — XVI Benediktdən öncəki Papa olan II İohan Pavel də daxil- qarşı çıxmışlar. Papaları ucaldan OPUS DEI ilə Papalıq Mövqeyini ucaldan Cizvitlər arasında hər zaman problem yaşanıb. Cizvitlərə görə, OPUS DEI, papaya sitayiş (Papolatry) etməkdədir. Cizvitlər ən sürətli misioner təşkilatıdır. OPUS DEI dördüncü axının nümayəndəsidir. Onlara görə, Papanın şəxsiyyəti, Kilsənin də, Papalıq Mövqeyinin də üstündədir. Papa, Tanrı-Krallığının müqəddəs lideridir. Onların düşüncəsinə görə, belə bir uca bir mərtəbəyə çata bilən adam da əlbəttə «fövqəladə» bir adamdır. Bu səbəbdən də OPUS DEI, belə «fövqəladə» bir adam tərəfindən təmsil edilən Vatikan Dövlətini ucaldar və Kilsəni ikinci planda görər. Vatikan Dövlətinin beynəlxalq «rəsmi» ideologiyası isə bu dörd axının ortaq məxrəcləriylə meydana gətirilmiş olan və bütün xristian aləmini bir dam altında toplamanı nəzərdə tutan Ekümənizm (İlahi Hakimiyyət) Hərəkatıdır.
Vatikanın və Papalığını tarixi saysız cinayət, intriqa və skandallarla doludur. Bu günə qədər gəlib keçmiş 263 Papadan neçəsinin əcəliylə, neçəsinin cinayətə qurban gedərək, öldüyü müəyyən deyil. Ən yaxın nümunə, II İohan Paveldən əvvəl Papa seçilən və yalnız 33 gün Papalıq edə bilən I İohan Paveldir. Vatikan üzrə ekspert, araşdırmaçı David Yallopun sənədlərə istinad edərək açıqladığı fakta görə, bu Papa Vatikanın içindəki bir «Konspirasyon-Fəsad Təşkilatı» ilə «P2 Mason Lojası»nın ortaq cəhdiylə öldürülmüşdür. Vatikanda gecə sağlam yatıb səhərə cəsəd olaraq qaldırılmaq su içmək qədər adi bir durumdur. Vatikanın xüsusilə II Dünya Müharibəsi əsnasında gücləndirdiyi müdhiş bir kəşfiyyat şəbəkəsi var. Vatikanın içindən müxtəlif xalqların -başda Fransa, Polşa və Almaniya — kəşfiyyat təşkilatlarıyla birlikdə çalışan Kardinallar çıxıb. Bunlardan bəziləri daha sonra Papa seçilib. Məsələn 1978-ci ildə öz əcəliylə ölən Papa VI Pavel, gizli kəşfiyyat təşkilatlarıyla əlaqəli bir Kardinal olaraq tanınırdı. Vatikan "çirkli" işlərində daim killerdən istifadə edən bir dövlətdir. Bu murdar işləri təmizləmək mafiayanın vəzifəsidir. Vatikanın siyasət aləmində də yarı-gizli, yarı-rəsmi dəstəklədiyi partiyalar və siyasətçilər vardır. Bunlara ən yaxşı nümunələr Almaniyadakı CDU/CSU (Xristian Demokratlar) və İsveçrədəki CVP (Xristian Xalq Partiyası) xəttidir. Vatikanın bu və digər bir çox siyasi quruluşla, məsələn şagird və işçi quruluşlarıyla gücü əlaqələri var. Vatikan, BMT-də, UNESCO-da, FAO-da, AB-Də və Amerika Dövlətləri Təşkilatında «müşahidəçi» statusundadır.
«Vatikan nədir?» sualının gerçək cavabı da bu əlaqələrdə axtarılmalıdır. Vatikan, iqtisadi siyasəti ilə «Dövlət Sosializi»ni tətbiq edən -özü sosializmə qarşı olsa da- bir Kilsə Dövlətidir. İctimai-tarixi məzmununda isə funksiyaları etibarıyla «doqmatik-dinci» bir dövlətdir. Bu xüsusiyyətiylə də hal-hazırda çox sıx istifadə edilən fundementalizmin (kökdənçiliyin) çağımızdakı ən köhnə və ən güclü nümayəndəsidir. Həqiqətən də Vatikan, dünyada dövlət diametrində təşkilatlana bilmiş ilk fundamentalist Dini Krallıqdır.
Aytunç ALTINDAL