Yağış yağarkən qaçanların daha çox islanacağını iddia edən, insanı yağışda yellənə yellənə gəzməyə çağıran bir görüş ilə heç bir şey fərq etməyəcəyini iddia edən bir başqa görüş ortada dolanıb dayanmaqdadır.
Heç bir şey dəyişməyəcəyini söyləyənlərin fikirinə görə bədəninizin bir düzbucaqlı olduğunu və yağış damlalarının yerə dik düşdüyünü fərz edək. İstər bir yüz metrçi kimi sürətli qaçın, istərsə yellənərək gedin bir şey fərq etməz. Sürətinizə bağlı olmadan bədəninizə düşən yağış dənəsi sayı eyni qalar. Qaçdıqca ön tərəfinizə bir saniyədə daha çox yağış dənəsi isabət edəcək amma müddət qısaldığından cəmi ədəd və nəticə dəyişməyəcək.
'Yağışda yavaş hərəkət edin' deyənlər isə qaçma vəziyyətində yağış damlalarının eyni müddətdə daha çox sayda yığılacağı və buxarlaşmaları üçün daha az vaxt olduğundan üzərimizin daha yaş olacağını, aerodinamik təsirləri nəzərə alaraq, düz gedərkən üzərimizə düşməyəcək şaquli damlaların, qaçsaq qarşıdan gələcəkləri üçün təmas edəcəklərini, gedərkən başımıza düşən damla sayının qaçdığımız sırada düşəndən çox ola bilməyəcəyini irəli sürərək yağmurda yavaş yeriməyi getməyi təklif edirlər. Təbii burada unudulmaması lazım olan şey yavaş gedərkən qıçlarımızın da çox yağmur götürəcəyidir.
'Yağışlı havada qaçın!' fikirinə görə isə, yağışda qaçmaqla getmək arasında, bədənimizə düşən yağış dənəsi miqdarı baxımından bir fərq olmaya bilər amma əhəmiyyətli olan başımıza düşən miqdardır. Bu səbəblə qaçsaq müddət qısalar və başımıza düşən yağış miqdarı azalar.
Edilən bir təcrübədə, yağış qarşıdan 45 dərəcə bucaq ilə yağırkən, bir dəftər kağızına eyni məsafə 7 saniyədə qaçıldığında 131 damla, 20 saniyədə gedilildiyində isə 216 damla isabət etdiyi müəyyən olunmuşdur. Buna görə yağışda ueriyərək getmək, qaçmağa görə az qala iki misli islanmaq mənasını verməkdədir.
Şübhəsiz bu mülahizələr edilərkən, küləyin istiqaməti, üzərimizdəki geyimlərin şəkli və cinsi və ən əhəmiyyətlisi bağlı sahəyə çatılacaq məsafə göz önünə alınmamış və qiymətləndirmələr qısa məsafələrə görə edilmişdir. Uzun məsafələrdə heç şansınız yox, qaça bildiyiniz qədər qaçın amma ən doğrusu yağış keçənə qədər bağlı bir yerdə əylənin :)
Həmçinin bax: Meymunlar üzərində maraqlı təcrübə