Müəmmalı siqnallar

Müəmmalı siqnallar

Keçən ilin yayında Amerika hərbi bazası öz peyki vasitəsilə orbitdə deşifrələşdirilə bilməyən qəribə siqnallar kəşf etmişdir. Veriliş dəqiq vaxtla ayda bir dəfə qeydiyyata alınmamış dalğada aparılmışdır. Heç bir kod bu siqnallara uyğun gəlməmişdir, onlar, əslində, əvvəllər məlum olan heç bir koda oxşamamışdır. Deşifrələşdirmə mümkün olmadığı üçün amerikalı hərbiçilər rus hərbiçilərinə sorğu göndərmək qərarına gəlmişlər. Siqnal Şimal Buzlu okeanındakı adalar rayonundan gəlirdi. Lakin rus hərbiçilərinin bu siqnallarla heç bir əlaqəsi olmamışdır.
Payızda Şimal Buzlu okeanının sularına batiskaf buraxılan zaman rusiyalı tədqiqatçılar daha bir məxfi tapşırıq almışlar: qəribə siqnalların mənbəyi haqqında mümkün olanları öyrənmək.

Maraqlı tapıntı
Onlar yarım ay yeni siqnal gözləmiş və nəhayət, siqnal gəlmişdir: siqnalın dəqiq yerini müəyyən etmək mümkün olmuşdur. Çox da dərin olmayan suya enmişlər. Su altında aşkar etdikləri onları heyrətə gətirmişdir. Nəhəng sualtı qayada onlar kapsul formasında metal obyekti aşkar etmişlər.
Kapsulun çıxıntılı hissəsinin çox böyük ölçüləri olmuşdur. Qayadan yalnız 15 metrlik nəhəng kapsul çıxır. Onun eni təqribən 15 metrdir. Hündürlüyü isə 5 metrdir. Təqribi hesablamalara görə, kapsulun ümumi uzunluğu 60 metrə yaxındır. Kapsulun səthi tam hamar, heç bir yarığı, cızığı və ya hansısa bir lüku yoxdur. Kapsulun ətrafları oval şəklindədir. Elmə məlum olmayan metal ərintisi qarışığı heç bir analizdən keçmir. Kapsuldan tutulası heç nə yoxdur. Kapsulu açmaq qərarı qəbul olunsa da, bu zirehi heç bir alət deşə bilməmişdir.
Səthin tədqiqatı zamanı siqnallar öz təbiətini dəyişmişdir. Artıq bu dalğaya köklənmiş peyk tezliklərin və siqnal növlərinin kəskin dəyişməsini göstərmişdir. Gəmidə müşahidə aparanlar aşağıya məlumat vermişlər ki, deyəsən, tədqiqatçıları izləyirlər. Lakin onların hansı yolla izlənməsi məlum olmamışdır.
Daha bir maraqlı fakt: bir kilometrlik radiusda heç bir canlı orqanizm olmamışdır.

On min il su altında
Sonralar kapsul ətrafındakı qaya süxurunun analizini aparmaq qərara alınmışdır. Bu kapsulun burada təqribən əmələ gəlməsi tarixi təqribən 8-10 min əvvəl müəyyən edilən vaxt heyrətin həddi-hüdudu olmamışdır. Mümkün olmasa da, lakin fakt — bu metal bu qədər uzun vaxt ərzində dağılmamış və heç bir korroziya ilə örtülməmişdir. Sərt okean suyu hətta az şor olsa belə, ona zərrə qədər zərər yetirməmişdir.
Ətrafdakı süxurlara daha dəqiq baxış daha bir maraqlı faktı üzə çıxarmışdır: kapsul «süxurla birlikdə əriyib qarışmışdır», yəni onun temperaturu bu qayaya düşən anda o qədər yüksək olmuşdur ki, demək olar ki, çox möhkəm daşı əritmişdir. Süxuru dağıtmamış, parçalamamış, məhz əritmişdir. Bu isə onu deməyə imkan verir ki, kapsul çox nəhəng sürətlə qayaya tərəf uçmuşdur.
Həmin anda bu, dəhşətli fəlakətə səbəb olmalı idi. Bu cür sürətli düşmədən əmələ gəlmiş dalğa 80 metrdən yüksək olmalı və asanlıqla müasir Moskvaya çata bilməli imiş.
Süxurun sıx şəkildə metalın səthinə toxunmasından belə nəticəyə gəlmək olar ki, kapsul düşmə anında heç bir mühafizəedici pərdəyə malik olmamışdır. Lakin bununla belə, ona zərər dəymişdir. Əgər alimlər bu ərintinin dəqiq tərkibini öyrənə bilsələr, onda bəşəriyyət dünyada ən möhkəm maddənin sahibi ola bilər.
Əsas odur ki, bu kapsulu hal-hazırda çıxartmaq mümkün deyildir. Qaya süxurunu deşmək, bu dərinliyə enmək üçün çox güclu texnika və bir neçə ölkənin köməyi lazımdır.
Siqnallar haqqında və onların bizə nə ilə təhlükə olduğu haqqında hərbiçilər bu obyekti yalnız ondan gələn qəribə siqnallar sayəsində müəyyən edə bilmişlər. Siqnallar bu yaxınlarda eşidilmiş, deməli, bu kapsulun içərisində ötürücü sistem fəaliyyətə başlamışdır. Texnologiyanın bu cür yüksək səviyyəsində onun təsadüfən fəaliyyət göstərməsini güman etmək qəribə olardı. Deməli, o siqnalların indi ötürülməsini əvvəllər proqramlaşdırmışlar. On min il əvvəl kimsə və ya nəsə on min il sonraya proqram vermişdir.
Birincisi, dərhal sual yaranır — necə? Deyəsən, kapsul təkcə yaxşı saxlanmaqdan əlavə öz daxili prosesləri, həmçinin ətrafda baş verənləri müşahidə etmək və alınmış məlumatları emal etmək üçün müstəqil şəkildə enerji ala bilir.
İkincisi, hərbiçilər siqnalların gücünə görə onların uzaqlığını müəyyən edə bilmişlər. Onlar heç də bizim günəş sistemimizdən uzaq olan məsafədən ötürülmür.
Üçüncüsü, sual yaranır, nə üçün? Bu suala çoxlu cavab vermək olar. Çoxlu sayda versiyalardan bəzilərini göstərək.

Lazutçik
Kapsulun okean sularında yerləşdiyi bütün vaxt ərzində o, bizim planet haqqında müəyyən informasiya toplamışdır. Biz siqnalların ötürülməsi vaxtını dəqiq bilmədiyimiz üçün bunun nə məqsədlə edildiyini təqribən belə deyə bilmirik. Əgər bu, standart dövri informasiya toplusudursa, bizim, deyəsən, qorxacağımız heç nə yoxdur. Onda bizim üçün bu, düşünmək və öyrənmək üçün, sadəcə, maraqlı faktdır. Lakin siqnalın ötürülməsi ilk dəfə baş verirsə, onda bizim təhlükədə olduğumuzu fikirləşmək olar.
Bu o deməkdir ki, bu anda bizim planetdən uzaqda haradasa, burada on min il əvvəl olmuş yadplanetlilər görünmüşdür. İndi onların bizim planetə aid hansısa planları vardır. İndi biz nəyi gözləməliyik? Hücum? Zomblaşdırma? İnsan irqlərinin öyrənilməsi? Məhvolma?

Bu bizə göndərişdir
Müəyyən vaxtda yadplanetlilər ya Yerdə ağlın mayalandırılması haqda öyrənmiş, ya da onların özləri bunu seçmişdir. İnkişafın ilkin mərhələsində onlar bizimlə adekvat qaydada ünsiyyətdə ola bilərdilər. Və o vaxt onlar təkamül dövrünü hesablamışlar. Onların hesablamalarına görə, inkişafın bu mərhələsində on min ildən sonra biz onların göndərişlərini oxuya bilmək və ağıllı adamların bizə nə göndərmək istədiklərini başa düşmək qabiliyyətindəyik.
Hal-hazırda siqnalların deşifrələşdirilməsi üzrə fəal iş aparılır. Lakin nəticə hələ yoxdur.
Tam mümkündür ki, kapsulun içərisində bizim texnoloji sıçrayış etməyimizə imkan verən hansısa biliklər vardır və nəhayət, yadplanetlilərlə əlaqə saxlamaq mümkündür.

İçəridə kimsə var

Əgər insanlar yaxınlaşan vaxt siqnalların xüsusiyyəti dəyişirsə, demək, kimsə və ya nəsə içəridə kapsulun açılması cəhdinə reaksiya vermişdir. Ya naməlum konsitruksiya ötürücüləri, ya da nəsə ağıllı bir şey.
Bu nə qədər mümkündür? Dərhal yaddaşa anabioz, müəyyən vaxta qədər kriogen dondurma haqqında fantastların tarixi gəlir. Lakin on min il! Bəşəriyyət təxəyyülü bunu çox çətinliklə qəbul edə bilər.
Onda, ola bilsin ki, biz tezliklə kapsulun içərisində olan nəiləsə rastlaşacağıq.

Bu yeni sivlizasiyanın rüşeymidir
Hansısa yadplanetli bir gün sığortalanmaq və yerdə irqin əsaslarının məhv edilə bilməsi ilə əlaqədar gen resusrslarını sığortalamaq və saxlamaq qərarına gəlmişdir. Onlar burada rüşeym şəklində öz nümayəndələrini saxlamışlar. Daxildə ya mexanizmlər, ya da bioloji embrionlar mövcuddur. Konservləşdirmə haqqında məhvedici siqnaldan sonra kapsul açılacaq. Məlum versiyaya görə, onlara on min il əvvəl müəyyən iqlim şəraitinin əldə edilməsi üçün nə lazım ola bilərmiş. Bu halda bizi nə gözləyir? Quldarlıq? Məhv olma? Təhlükəsiz müştərək mövcudolma?
Gələcək müəyyən olunmamışdır. Bu və ya digər qaydada faktlar faktlığında qalır. Bizdə qəribə siqnallar verən naməlum obyekt vardır. Bizə yalnız onu müşahidə etmək və imkan daxilində onu öyrənmək qalır. Lakin əgər yaxın vaxtlarda heç bir qeyri-adi hadisə baş verməsə, onda bunun əvvəllər necə baş verdiyi haqda bütün informasiyalar xüsusi xidmət orqanları tərəfindən məxfiləşdiriləcək.
Hazırladı: F.Vəliyev
Mənbə: Mövqe qəzeti
Top