Ümumiyyətlə qadınların motivasiyası kişilərdən çoxdur. Lakin qadın əlavə motivasiya depolamaq üçün nəsə etmək istər. Kimi bu zaman kitab oxuyar, kimi musiqiyə qulaq asar, kimi filmə baxar. Bugünkü məqaləmizdə öz motivasiyasını filmlərlə bərpa etmək istəyən qadınlar üçündür. 1Lady.az komandası uğurlu qadının baxa biləcəyi 8 filmi sizlər üçün sıralamışdır.
Qeyd: İMDb xalı İnternet Movie Database ifadəsinin baş hərflərindən meydana gəlmiş filmlərin 10 ballıq şkala üzrə reytinq portalıdır.
1) Towelhead – Tabu (2007) İMDb xalı :7
13 yaşında bir qız olan yarı amerikalı yarı ərəb Casira Marounun başına gələn əhvalatlardan bəhs edir. Uşaq olması və yaşından böyük görünməsi, üstəlik də ərəb olduğu üçün başına gələn qəribə hadisələr onun bu həyatda ən çətin imtahanıdır.
2) Frida (2002)
İMDb xalı 7.4
Avtomobil qəzasından sonra Frida Kahlo ömrünün çox hissəsini yataq xəstəsi kimi keçirir üstəlik_ yanında anlayışsız bir əri olur və başına minlərlə dərd gəlir. Buna rəğmən ayaqda qalır və sevdiyi iş olan rəsm çəkməklə çətinliklərlə mübarizə aparır.
3) Erin Brockovich (2000)
IMDb: 7.3
Evdə oturub uşaqlarına bax deyilən bir qadın üsyan edərək çox uğurlu bir hüquqşünas olacaqdır. O evdə boş-boş oturmağı rədd edərək, qəsəbənin sularını kirlədən şirkəti ifşa edir, beləliklə həm milyonlarla insanın həyatını qurtarır həm də onu zəif görənlərin payını verir. Eyni zamanda bu qadını oynayan Julia Roberts 2001-ci ildə ən yaxşı qadın oyunçusu seçilir.
4) Hidden Figures (2016)
IMDb xalı: 7.8
Zənci anlayışı meydana gəldiyi zaman NASA-da əhəmiyyətli rol oynamış 3 qadının hekayəsindən bəhs edir. Onların tək gücü savadlarıdır, çünki söhbət bilikdən gedəndə irqçiliyə və cinsi ayrıseçkiliyə yer yoxdur.
5) Suffragette (2005)
IMDb xalı: 6.9
Tarixin ilk feminist hərəkatı olan və İngilitərədə səsvermə zamanı seçki üçün mübarizə aparan qadınların yaratdığı bir təşkilatdan bəhs edir. Qadınlara olan ədalətsizliyə qarşı mübarizəsi, onlara olan heyranlığı film qəhrəmanı olan Maudun həbslərə qədər götürsə belə əzmi heç vaxt qırılmayacaq.
6) The Help (2011)
İMDb xalı: 8.1
Hər şey 60-ların Missipisində başlayır. Eugenia Phelan məzun olduqdan sonra evlənmək əvəzinə yazıçılıq edərək, evlərində işləyən zənci qadının başına gələn hadisələri qeydə alar. Bəzi filmləri anlatmağa söz yetməz, bu da elə filmlərdəndir.
7) The Dressmaker (2015)
İMDb xalı: 7.1
Tilly Dunnage üçün qadın olmaq çox çətindir. Lakin buna rəğmən o çox ağıllı qadındır, o işini çox sevir. Əsl stilistdir. Həm də çox gözəldir, elə deyilmi?
8) All About My Mother
İMDb xalı: 7.9
Pedro Almodovar qadınları çox yaxşı tanıyan bir film rejissorudur. Bəlkə də ona görə də “Anam haqqında hər şey” adlandırdığı bu filmdəki hər şeyi qadınlara, dünyada olan bütün analara həsr etmişdir. Bütün qadınların başına gələcək hadisələr bu filmdə var, mən danışsam izləməyəcəksiniz, odur ki yaxşı seyirlər.
Müəllif: Xəzər Aslanov
Mənbə: 1lady.az