Bütün zamanların ən maraqlı Yeni il filmləri | Fotolar və Videolar

Bütün zamanların ən maraqlı Yeni il filmləri | Fotolar və Videolar

2015-ə sayılı günlər qala hər kəs indidən yeni il gecəsini planlayır. Kayzen.az olaraq 2015-in ilk gecəsinə çips, loto, televiziya ilə girəcək oxucularımızı unutmadıq. Hər kəsdən fərqimiz olsun deyərək  sizlər üçün «Yeni il Mövzulu»  ən maraqlı filmləri bir araya gətirdik. Bir-birindən əyləncəli, yeni il ruhunu daşıyan filmlər ilə yeni ilə girərkən biz də kayzen.az ailəsi olaraq sizlərə xoşbəxt, sağlıqlı və dinc bir yeni il arzulayırıq.

«The Polar Express» 2004 — Qütb Ekspresi

Şübhəçi bir uşaq, Santa Klausun var olub olmadığını sorğular və yoldaşlarıyla birlikdə Şimal Qütbünə doğru həyəcanlı bir qatar səfərinə çıxar. Uşaqlar özlərini böyük bir macəranın içində tapar. Başdan sona əyləncəli, macəralı və fantastic bir film. Forrest Gump, Back The Future kimi filmlərin rejissoru Robert Zemeckisdən unudulmayacaq bir animsiya filmi sizləri gözləyir.

 

«A Christmas Carol» 2009 — Yeni İl Mahnısı

Scrooge inadçı, xəsis və tərs bir adamdır. Çox zəngin olmasına baxmayaraq paylaşmağı bilməz. Onu xoşbəxt etmək haradasa qeyri-mümkündür. Milad axşamı üç ruh onu ziyarət edər və Scroogeyə köhnədən necə bir insan olduğunu, bu gününü və dəyişmədiyi təqdirdə gələcəkdə onu nələrin gözlədiyini göstərməyə başlayırlar. Scrooge sonda dəyişməyin lazım olduğunu anlar.

“Elf” 2003 – Pəri

Şimal Qütbündə yaşayan və bir pəri olduğunu sanan Buddynin yaşı irəlilədikcə boyuda böyüməyə başlamışdır. Beləcə, onun əslində bir insan olduğu gerçəyi ortaya çıxar. Bu vəziyyət üzərinə Buddy, əsas atasını tapmaq məqsədiylə New Yorka gəlir. Öz böyüdüyü dünyaya heç bənzəməyən New Yorkda yeni bir ata, yeni bir ana və bir qardaş qazanır. Ancaq, Buddyi bu yeni dünyada ən çox narahat edən, insanların Milada qarşı olan inanclarının çox zəif olmasıdır.

 

 

“Jingle All the Way” 1996 — Atam Söz Verdi

Hovard Langston (Arnold Schwarzenegger) işi başından aşan bir ticarət adamıdır. Başı işlərinə elə qarışır ki, oğlu Jamienin karate sinifindəki kəmər taxma mərasimini qaçırır. Bunun üzərinə özünü bağışlatmaq üçün zamanın populyar oyuncağı olan Turbo Man alacağını söz verir. 'Turbo Man' bütün uşaqlar tərəfindən sevilən bir super qəhrəmandır. Bu istək Hovard üçün çox asan bir istək kimi görünsə də  'Turbo Man' çox məşhurdur və bu oyuncağı tapmaq çətin olduğu kimi, eyni zamanda rəqibi Myron Larabee (Sinbad) də bu oyuncağın izindədir…

 

 

«The Nightmare Before Christmas» 1993 — Milad Gecesi Kabusu 

Halloveen şəhərinin Balqabaq Kralı olmaqdan yorulan Jack Skellington həyəcan verici bir şeyin axtarışına çıxar. Bu axtarışla özünü Christmas şəhərində tapar və bütün dünya üzərində milad gecəsi uşaqlara oyuncaq paylama vəzifəsini Santa Klausdan almaq qərarı verər. Tim Burtonun nağıla bənzər izahatıyla Milad Gecesi Kabusu hər yeni ildə olduğu kimi bu yeni ildə də xəlallarınızda yeni qapılar açacaq…

 

«It 's a Wonderful Life» 1946 — Şahanə Hayat

Bütün dünyada demək olar ki, hər yeni ildə ən çox yayımlanan film ünvanına sahib Şahanə Hayat 1946-cı il istehsalıdır. Baş rollarında James Stevart və Donna Red iştirak edir. Film iflasa gələn Corc Bailey (James Stevart) bir Milad gecəsində özünü çaya ataraq intihar etmək istəyərkən yanına gələn mələyin ona yaşamadığı bir həyatı yaşatması ilə həmin gecə başına gələn maraqlı hadisələri əhatə edir…

 

 

“Home Alone” 1990 — Evde Tək Başına

Ailə üzvləri ilə yolagetməyən Kevin aldığı cəza səbəbindən gecəni damda keçirər. Yalnız ertəsi gün oyandığında ailəsinin evdə olmadığını, tətilə gedərkən onu unutduqlarını başa düşər. Başda həyəcanlanan Kevin bunun fürsət olduğunu çox keçmədən anlar və təkliyin dadını çıxarmağa başlayar. Evə gözlərini tikmiş olan 2 oğrunu evdən uzaqlaşdırmaq artıq Kevinə əsas vəzifəsidir ...

 

 

«How the Grinch Stole Christmas» 2000 — Grinç

Vhoville qəsəbəsində yaxınlaşan Milad gecəsinə hazırlıqlar davam etməkdədir. Şəhər əhalisi bir-birinə ən gözəl hədiyyələri almaq üçün yarışan zaman qəsəbəyə təpədən baxan Crumpit dağında bir mağarada yaşayan Grinç hər Milad dövründə olduğu kimi təkrarlanan bu dəlicə yarışmayı narahat bir şəkildə izlər və aşağıdakı insanlara Miladı necə zəhər edə biləcəyini planlaşdırar. Bu sırada qəsəbədən kiçik bir qız Grinçin qapısını döyər ...

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

Top