Van Damm haqqında maraqlı faktlar və sitatları

Van Damm haqqında maraqlı faktlar və sitatları

Jan-Klod Van Dammın adı gələndə istər-istəməz çoxumuz uşaqlığımızı xatırlayırıq. Uşaqlığı və gəncliyi 90-cı illərə düşən nəsil onun filmləri ilə böyüyüb. Çoxları həvəsə düşüb idmana yazılıb. Soyuducuların, şkafların qapılarında, məktəb dəftərlərinin üstündə onun fotolarını görmək olardı.

— Van Damm Belçikanın paytaxtı Brüsseldə holland əsilli ailədə anadan olub. 12 yaşından başlayaraq karateylə məşğul olub. 16 yaşında Avropa çempionu olaraq Qara kəmər qazanıb. 1976-cı illərdən başlayaraq turnirlərdə iştirak edir. 22 turnirdə iştirak edib. Yalnız 4 turnirdə məğlub olub.

— 1981-ci ildə işləmək və pul qazanmaq üçün ABŞ-a köçüb. Formasını qorumaq və məşqi axsatmamaq üçün bir idman salonunda həm təmizlik, həm də nəzarətçi işində çalışıb. Paralel olaraq dolanmaq üçün gecə klublarında cangüdənlik, pizza paylayan, taksi sürücülüyü ilə də məşğul olub.

— 1984-cü ildə "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual karateçini canlandırıb.

— 1996-ci ildə 3-cü arvadı Derci La Piyer ilə boşandıqdan sonra kokain istifadəsinə aludə olubmuş. Hətta özünü öldürmək istəyirmiş. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotiki birdəfəlik tərgitmişdi.

— Van Damm amerikan yeməklərini sevmir.

— İngilis dilini TV-ə baxaraq öyrənib. Bu dildən əlavə fransız, ispan və alman dillərini də bilir.

— 1997-ci ildə “Hollivudun ən seksual kişi ayaqları” adına layiq görülüb. “MTV Movie Awards”-ın “Ən çox arzu edilən kişi” nominasiyasına 3 dəfə layiq görülüb.

— 50 tammetrajlı filmə çəkilib.


Sitatlar:
Haqqımda yazılanlar vecimə deyil.

40 yaşım olanda fərqinə vardım ki, mənim fanatlarımın da yaşı təxminən bu qədərdir.

Nə vaxtsa məni ulduz elan etmişdilər.

Belə hesab edirlər ki, Stallone, Arnold  və mənim kimi adamlar səhv edə bilməzlər. Ancaq biz səhv edirik və hər dəfəsində Hollivud bizi bağışlayır.

Məncə ekranın birinci super qəhrəmanı Çarli Çaplin olub.

Hələ də özümdən soruşuram: sən həyatın üçün nə etmisən? Amma cavabım yoxdur.

Əgər Tanrı sənə gözəl bədən veribsə, bu sənin fiziki məbədinə çevrilir. Sənin vəzifən bu məbəddə hər şeyi qaydasında saxlamaqdır.

Təslim olmaq – mən heç vaxt bu sözün mənasını başa düşməmişəm.

Axmaq sualdır: mən məşq edən zaman nə yeyirəm? Əlbəttə ki, adamları yeyirəm.

İnsanları öldürmək ağılsızlıqdır. Çünki insanlar çox gözəldirlər.

Bu hamıda olur: bir də gözünü açıb görürsən ki, sən ssenarini deyil, ssenari səni izləyir. Filmi yaşamağa başlayırsan. Ancaq mənə elə gəlir ki, Robert de Niro ümumiyyətlə ssenariyə baxmır.

Mən Amerikaya gələndə gic-gic işlərlə məşğul olmuşam. Limuzin sürmüşəm, masaj salonunda işləmişəm, pizza daşımışam, xalça yumuşam. Bir də təhlükəsizlik xidmətində işləmişəm. Bir dəfə limuzini iki xala kirayələmişdi. Yaşları qırxdan çox olardı. Yolda qəfildən biri qayıdıb mənə dedi ki, sizdə çeynəməyə bir şey olmaz. Dedim, saqqız var. Dedilər ki, yox e, başa düş də, biz istəyirik ağzımıza nəsə ataq...” 

Nəsə, onlar məni yoldan çıxarmaq istəyirdilər. Ərləri onları göndərmişdi ki, gedib plastik əməliyyat olsunlar. Ancaq onlar məni istəyirdilər. Ancaq heç nə baş vermədi. Çünki onlar qorxunc idilər.

Mən Fidel Kastro deyiləm. Səkkiz saat danışmaq mənlik deyil. Cəmi beş dəqiqə danışa bilərəm.

Məndə qeyri-adi heç nə yoxdur. Sizinlə danışan adam sadə bir ölkədə, sadə insanların arasında doğulub. Mənim heç dərin intellektim də yoxdur. Mən sadəcə evi, iti olan, məşq edən və yaşadığına görə xoşbəxt olan bir insanam.

Mənim düşmənlərim yoxdur. Həyat bunun üçün çox qısadır.


Məni siyasət maraqlandırmır. 13 yaşımda məktəbi atmışam. Həyatda çox az şey bilirəm. Ancaq onu bilirəm ki, son zamanlarda dünyada heç nə yaxşılığa doğru dəyişmir. Prezident seçkiləri haqda danışmaqdansa, 20 ildən sonra planetin taleyinin necə olacağı haqda müzakirə aparmaq lazımdır. Obama qalib gələcək, ya yox? Mənim heç vecimə də deyil.

Həqiqət həmişə həqiqət olaraq qalır, hətta kimsə onu eşitmək istəməsə belə.

Bəzən cavablar adamın ağlına suallardan qabaq gəlir.

Hazırladı: Günel əsgərzadə 

Top