Fərqli insanların fərqli düşüncə tərzi və fərqli maraqları var. Bu fərqi, biz eyni zamanda insanın üzərində seçimini saxladığı filmlərdən də müşahidə edib, görə bilərik. Psixoloji filmlər çox vaxt qarışıq və mürəkkəb sujet xəttinə sahibdirlər. Amma, eyni zamanda, məhz bu filmlər sizləri düşünməyə və həyatınızda baş verən hər bir hadisədən dərs almanıza səbəb olur.
Sizlərə son illər ərzində ən çox baxılan və sevilən psixoloji filmlərinin TOP 10 sıralamasını və o filmlərin əsas şüarlarını təqdim etmək istərdim. Beləliklə, həmin filmlər bunlardır:
10-cu yer: 2012- ci ildə işıq üzü görən «Zaman ilgəsi» (Looper) filmi.
Şüar: «Gələcəyin əsirliyində. Keçmişin əsirliyində.»
9-cu yer: 2011- ci ildə işıq üzü görmüş «Dəyişən reallıq» (The Adjustment Bureau) filmi.
Şüar: «Bu qadına görə o, bütün dünyanı dəyişməyə hazırdır.»
8-ci yer: 1999- cu ildə işıq üzü görən «On üçüncü mərtəbə» (The Thirteenth Floor) filmi.
Şüar: «Mövzunun reallığı. Mövcud olmayan yerə getmək mümkündür.»
7-ci yer: 2007- ci ildə işıq üzü görmüş «Dönüş» (Fracture)filmi.
Şüar: «Mən öz həyat yoldaşımı güllələdim! İndi isə bunu sübut etməyə cəhd edin!»
6-cı yer: 2011- ci ildə işıq üzü görmüş «Başlanğıc kodu» (Source Code) filmi.
Şüar: «Hər anın öz hökmü var.»
5-ci yer: 2011- ci ildə işıq üzü görmüş «Zülmətin sahəsi» (Limitless) filmi.
Şüar: «Birdən cəmi bir həb səni eyni zamanda həm varlı həm qüdrətli etməyi bacarsa?! Onun fəsadlarını öyrən!»
4-cü yer: 1997- ci ildə işıq üzü görmüş «Oyun» (The Game) filmi.
Şüar: «Oyuna hazırsan?!»
3-cü yer: 2009-cu ildə işıq üzü görmüş «Lənətlənmişlər adası» (Shutter Island) filmi.
Şüar: «Bəzi yerlər (məkanlar) sizi heç bir zaman tək buraxmayacaq.»
2-ci yer: 2006- cı ildə işıq üzü görmüş «Prestij» (The Prestige) filmi.
Şüar: «Rəqabətə çevrilən dostluq. Düşmənçiliyə çevrilən rəqabət.»
1-ci yer: 2010- cu ildə işıq üzü görmüş «Başlanğıc» (Inception) filmi.
Şüar: «Sənin ağlın- cinayətin baş verdiyi yerdir.»