Orijinal adı: The Pianist
Rejissor: Roman Polanski
Janr: Dram / Hərbi / Bioqrafiya / Tarixi
Ölkə: Polşa/ Fransa/ Böyük Britaniya/ Almaniya
İl:2002
IMDB xalı: 8.5
Mükafatlar:
Oskar:
Ən yaxşı aktyor: Edrian Broudi
Ən yaxşı rejissor: Roman Polanski
Ən yaxşı uyğunlaşdırılmış ssenari
Britaniya Kino Akademiyası:
Ən yaxşı film
Rejissuraya görə Devid Lin mükafatı: Roman Polanski
Sezar:
Ən yaxşı film
Ən yaxşı aktyor: Edrian Broudi
Ən yaxşı rejissor: Roman Polanski
Ən yaxşı operator
Ən yaxşı səs
Ən yaxşı soundtrack
Ən yaxşı dekorasiya
Qoya:
Ən yaxşı Avropa filmi
Kann Film Festifalı:
Qızıl palma budağı
Avropa Kino Akademiyası:
Ən yaxşı operator
Roman Polanskinin “Pianoçu”su Holokostdan dözümlülük və bəxtinin gətirməsi sayəsində sağ çıxmış Polşa yəhudisi, klassik musiqi ifaçısının həyatından bəhs edir. Film triller deyil və insanı son ana qədər gözlətməkdən və sentimentallıqdan maksimum uzaq qaçır: Bu pianoçunun gördükləri və yaşadıqları haqqında şahidliyidir. Bütün sevdikləri öldüyü halda onun sağ qalması heç də qələbə deyildi.
Polanski öz xatirələrindən danışarkən demişdi ki, anasının qaz kamerasında ölməsi onun xatirəsində elə bir iz salmışdır ki, yalnız ölüm ona rahatlıq gətirəcək.
Film ilk alman bombaları atıldıqda Varşava radio stansiyasında Şopeni ifa edən Vladislav Şpilmanın avtobioqrafiyasına əsaslanır. Şpilmanın ailəsi kifayət qədər imkanlı idi və özlərini təhlükəsizlikdə hiss edirdilər. Onun reaksiyası “mən heç yerə getmirəm” sözləri ilə ifadə olundu. Onun ailəsi İngiltərə və Fransanın müharibə elan etməsi xəbərindən ürəkləndilər, onlar əmin oldular ki, nasistlər tezliklə məğlub ediləcək və normal həyat tərzi bərpa olunacaq.
Bu belə olmadı. Şəhərin yəhudiləri öz mülkiyyətlərini təhvil verərək Varşava gettosuna köçməyə məcbur edildilər, həmin vaxt gettonun ətrafında onu əhatə edən kərpic divar tikilməkdə idi. Nasist qaydalarının tətbiq edilməsi üçünyəhudi polisi formalaşdırılırdı və Şpilmana orada iş təklif olunur. O, təklifi rədd edir, lakin onu sonradan tapmış yaxın dostu onu ölüm düşərgələrinə gedən qatardan götürməklə həyatını xilas edir.
Filmdə Şpilman rolunu Ken Loaçın “Çörək və Qızılgüllər”(2000) filmindəkindən daha arıq olan Edrian Broudi ifa edir. Bu filmdə Los Angeles həmkarlar ittifaqı təşkilatçısı rolunda çıxış etmişdi. Biz hiss edirik ki, onun Şpilmanı musiqiyə erkən və ciddi şəkildə gəlmişdir. O yaxşı insandır və onu əhatə edən həyata yadlıq hiss edir. Biz onun ətrafdakıları hər şeyin yaxşı qurtaracağına əmin etməsini bir dəfə eşitmişik: bu insan onun məlumatlılığından, ya da optimizmindən qaynaqlanır, o sadəcə inanır ki, pianinonu onun kimi çalmağı bacaran üçün hər şey yaxşı olmalıdır.
Polanski özü Holokostu yaşamışdır, atası onu düşərgənin tikanlı məftillərindən itələdikdən sonra xilas olmuşdur. O Krakov Varşavada dolaşaraq yad insanların xeyirxahlığı sayəsində sağ qalmışdır. Onun sağ qalması(və atasının) Şpilmanınkı kimi təsadüfən baş vermişdi, bəlkə də onu bu hekayətə cəlb edən elə bu olmuşdu.
Stiven Spilberq onu “Şindlerin siyahısı” filminə yönəltməyə cəhd etmişdi, lakin o qəbul etməmişdi. Bəlkə də ona görə Şindlerin hekayətində Holokostdan məqsədli surətdə qaçmağa çalışan şəxsdən bəhs olunurdu, Polanski isə öz təcrübəsinə əsasən sağ qalanlarının çoxunun taleyində təsadüfün rol oynadığını bilirdi.
Film Polşa(o, burada 1962-ci ildə çəkdiyi bədii filmi “Suda bıçaq” filmi üzərində işlədiyi vaxtdan bəri olmamışdı), Praqa və Alman stusiosunda çəkilmişdir. O, Şpilmanın pərəstişkarlarının köməyi ilə gizləndiyi mənzilindən o qədər də yaxşı görünməyən küçələr yaradır: Şpilman pəncərədən yalnız gettonun hündür divarlarını görə və hospitala küçə boyunca gələn və gedənlərə baxaraq müharibə haqqında nəticə çıxara bilir. Şpilman qaqldığı yerdə təhlükəsiz olmasına baxmayaraq, ac, tənha, xəstə və qorxmuş vəziyyətdədir. Bir dəfə bomba düşdükdən sonra Şpilman suyun da işləmədiyini görür. Həmin vaxt müharibənin sonu yaxınlaşırdı, şəhər xarabalığa çevrilmişdi. O, xarabalıqların arasında dağılmamış və içində çalmağa cəsarət etdiyi fortepiano olan otaq tapır.
Filmin final səhnələri Şpilmanın gizləndiyi yeri təsadüfən tapan Vilm Hozenfeld(Tomas Kreçman) adlı alman zabiti ilə qarşılaşmasından bəhs edir. Qeyd etməliyəm ki, Polanskinin bu səhnələrində sükut və nüanslardan istifadə etməyi sadəcə dahiyanədir.
“Pianoçu” haqqında olan bəzi resenziyalarda onun həddindən artıq parçalanmış formada olması qeyd edilirdi. Bəlkə də bu laqeyd keyfiyyət Polanskinin nə demək istədiyini əks etdirir. Holokostun şahidi olmuş yəhudilərin demək olar ki, hamısı ölmüşdü, buna görə də xilas olanlar haqqında olan bütün hekayələr əsl hadisəni dəyişərək yalnış sonluqla bitir. Çox vaxt belə filmlərin demək istədiyi odu ki, bu qəhrəmanlar cəsarət və qoçaqlıq hesabına özlərini xilas edə bilmişlər. Düzdür, bəziləri bunu edib, lakin bir çoxu edə bilməyib. Bu cəhətdən Tim Bleyk Nelsonun “Boz zona” filmi yəhudilərin nasist sistemi tərəfindən tutulmasını və seçim imkanına malik olmamasını göstərdiyindən daha sərt və realdır.
Məncə, Şpilmanın bir döyüşçü və ya qəhrəman olmamasına baxmayaraq xilas olmasını, həyatını xilas etmək üçün hər şey etməsini, lakin bəxtinin gətirməsi və yəhudi olmayanların yardımı olmasaydı mütləq öləcəyini göstərməklə Polanski özünün xilas olmasını, lakin buna ehtiyacının olmadığını, anasının ölümünü və bu ölümlə bağlı daşıdığı xatirələrin heç vaxt sağalmayacağını əks etdirmək istəyib.
Biz müharibədən sonra Şpilmanın Varşavada qalaraq bütün ömrü boyu pianoçu kimi işlədiyini öyrənirik. Onun avtobioqrafiyası müharibədən dərhal sonra dərc edilmiş, lakin kommunist hakimiyyəti Şpilman partiya sıralarına qoşulmadığından onun yayılmasına imkan vermədi.
1990-cı ildə yenidən dərc edilən bioqrafiya Polanskinin diqqətini cəlb edir. Film Şpilmanın xilas olmasını qələbə olaraq deyil orada olan birinin, hər şeyi görən və xatırlayan birinin qeydləri kimi təqdim edir.
Mənbə: "Ölməzdən öncə izləməli olduğunuz 111 film"
P.S: Digər saytlarda paylaşılan zaman istinad etmək vacibdir.