Oskar mükafatı

Oskar mükafatı

Kinematoqrafiya Sənət və Elm Akademiyasının bu mükafatı ilk dəfə 16 may 1929-cu ildə Hollivudun «Roosevelt» otelində təqdim olunur. İlk vaxtlar
təqdimetmə mərasimləri radio vasitəsilə yayımlansa da 1953-cü ildən televiziya ilə də göstərilməyə başlayır.
Oskar mükafatı hazırki görünüşdə ilk dəfə 1939-cu ildə təqdim olunur. Mükafatın «Oskar» adlandırılmasını Akademiyanın kitabxanaçısı(sonralar direktoru) Marqarit Herriklə əlaqələndirirlər. O, fiquru ilk dəfə gördükdə deyir:«Bu fiqur mənə necə də dayım Oskarı xatırladır.»
Oskarın təqdimetmə mərasimi hər il ABŞ dövlətinə 700 milyon dollar gəlir gətirir. Belə ki, həmin ərəfədə 10 000 insana iş yeri açılır
27 il ardıcıl olaraq Çikaqonun dəmirəritmə zavodu Los-Ancelesdən rıtsar heykəlinin postamentini bobin plyonkası formasında hazırlamaq sifarişini alır.
Heykəlin hündürlüyü 34 sm, podiumun diametri 13 sm, çəkisi isə 3,8 kq-dır. Əridilmiş qalayla qurğuşun xüsusi qəlibə tökülür. Sonra cilalama prosesi aparılır. Fiqurun ən cəlbedici yeri gözləridir.
Belə ki, əgər şırımlar lazım olduğundan dərin olarsa, «Oskar» cilalandığı zaman sına bilər. Sınan heykəllər yenidən əridilməyə qaytarılır. Cilalanan heykəllərə qalvanik örtüklər çəkilir. Bundan sonra ardıcıl olaraq üzərinə mis, nikel və gümüş çəkilir. Son mərhələdə isə heykəlin üzərinə 24 qram qızıl örtük çəkilir.
İkinci dünya müharibəsində əlvan metallar qıt olduğundan «Oskar»lar gibsdən hazırlanırdı. Çikaqonun dəmirəritmə zavodu 27 il müddətində Los-Ancelesdən mühüm sifariş alır.
Zavod kinolentə dolanmış qranit üzərinə bərkidilmiş əlisilahlı rıtsar düzəltməli idi.
ABŞ Kino Akademiyasının təxminən 6000 üzvü var. Onlardan səsvermə hüququna isə yalnız 15 heyət malik olur. Bunun böyük hissəsini aktyor heyəti təşkil edir. (1311 nəfər- bu da iştirakçıların 22%-ni təşkil edir). Hər bir heyət öz kateqoriyasına səs verərək ən yaxşı aktyor və ya aktrisaya səs verir.
Akademiyanın bütün üzvləri yalnız bir kateqoriyada, o da "Ən yaxşı film üçün" səs verirlər. Mükafata laiq təqdim olunan işlər(qısametrajlı filmlər istisna olmaqla) 40 dəqiqədən az olmamalı və aşağıdakı formada çəkilməlidir.
Burada "Ən yaxşı sənədli film", «Xarici dildə ən yaxşı film», "Ən yaxşı qrim", "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı səs montajı" və "Ən xüsusi effekt" nominasiyalarında namizəd və qalibləri seçmək üçün Akademiyadan kənar xüsusi səsvermə dəstəsi hazırlanır.
"Ən yaxşı film"ə görə başqa mükafatları rejissor və prodüser aldığı halda, "Ən yaxşı film"ə görə Oskarı yalnız prodüserlər alırlar.
Ən çox «Oskar» mükafatını «Həvva barədə hər şey» və «Titanik» filmləri alıb. Hər iki film 14 dəfə «Oskar»a laiq görülüb.
Hal-hazırda namizədlərə verilən səslər «Price Waterhouse Coopers» şirkətinin auditoriya mütəxəssisləri tərəfindən hesablanır. Şirkətin iki əsas eksperti
və onların 4 köməkçisi Amerika Kino Akademiyasının üzvlərindən 6000-ə yaxın bülleteni nəzərdən keçirirlər. Üç gün davam edən hesablama tam məxfi şəraitdə aparılır. Mükafat təqdim olunana qədər namizədlərin adı yalnız «Price Waterhouse Coopers» ekspertlərinə məlum olur. Hətta köməkçilər yekun hesablamaya qədər ekspertlərin yanına buraxılmır.
Hər kateqoriyanın qalibləri müəyyən edildikdən sonra sənətçinin ad və soyadı səhnədə çap olunan xüsusi kağıza yazılaraq zərfin içinə qoyulur.
 «Price Waterhouse Coopers» şirkətinin əməkdaşları bu zərfdən iki dəst hazırlayaraq xüsusi çantalara qoyurlar. Mükafat təqdim olunduğu zaman hər iki çanta müxtəlif marşrut və müxtəlif zamanlarda mərasimin keçirildiyi yerə gətirilir və tam məxfi olaraq saxlanılır.
Ən çox «Oskar» alan sənətçi Ketrin Hepbörn (dörd dəfə "Ən yaxşı aktrisa" nominasiyasına görə) olmuşdur.
Rejissorlardan isə bu rekord göstərici Con Forda məxsusdur (4 dəfə). «Oskar» tarixində yalnız aktyorlar Tom Henks və Spenser Treysi iki il ardıcıl mükafata laiq görülüblər. Tom Henks 1993-cü ildə «Filadelfiya», 1994-cü ildə «Forrest Qamp» filimlərinə görə, Spenser Treysi isə 1937-ci ildə «Cəsur kapitanlar» və 1938-ci ildə «Cavan oğlanlar şəhəri» filmlərinə görə «Oskar» mükafatı alırlar.
Məşhur gülüş ustası, kinoaktyor Bob Houp 18 dəfə «Oskar» mükafatının təqdimetmə mərasimini apararaq rekord göstərib.

1976-cı ilə qədər «Oskar»ın təqdimatının canlı yayımı NBC telekanalına məxsus olsa da sonradan bunu ABC icra etməyə başlayır.
Sonuncu (83-cü) təqdimetmə mərasimi 2011-ci ilin «Kodak» teatrında keçirildi.
70 il ərzində təqdimetmə mərasimi martın sonunda, aprelin əvvəllərində keçirilsə də 2004-cü ildən fevralın sonu, martın əvvəllərində keçirilir.
Bu vaxta qədər ən çox «Oskar» mükafatına «Uolt Disney» şirkəti laiq görülüb. İlk «Oskar»ını 1932-ci ildə Mikki
 Mouse cizgi filminə görə alıb. Bundan sonra şirkət demək olar ki, hər il mükafata laiq görülür. Bu vaxta
qədər şirkət 59 dəfə mükafata namizəd olsa da 26 dəfə ona sahib ola bilib.
1950-ci ildən «Oskar» mükafatına laiq görülən aktyor və ya aktrisa onu auksionda bir milyondan ucuz qiymətə sata bilməz.
«Ben Qur» (1959), «Titanik» (1997) və "Üzüklər hökmdarı: Kralın qayıdışı"(2003) filimlərinin hər biri «Oskar» mükafatına 11 dəfə laiq görülüb.
Bu vaxta qədər yalnız üç film  beş nominasiyada «Oskar»a  laiq görülərək «Oskarın böyük beşliyi»nə düşüb. Bu, «Bu bir dəfə axşamçağı baş verdi»(1934), «Ququ quşunun yuvasının üzərindən uçuş»(1975) və «Quzuların sükutu»(1991) filimləridir.
Top