Leon

Leon

Film 1994 cü ildə rejissor Lyuk Besson tərəfindən çəkilmişdir.
Leon pulla adam öldürən soyuqqanlı bir killerdir.O çox tapşırıqlarını əsasən dostu Tonidən alır.Toni öz işlərini balaca bir restoranda işləməklə aparır.
Leon boş vaxtlarında qimnastika ilə məşğul olur,kinoya gedir və ən əsası özünün daimi dostu olan otaq bitkisinə qulluq edir.
Leon bir gün gözlənilmədən öz qonşusu 12 yaşlı Matilda ilə qarşılaşır.
Matilda bir o qədərdə yaxşı olmayan ailədə böyüyür.Onun atası narkotika alveri ilə məşğul olan polislərlə iş qurur.Onlar üçün kokain gizlədib əvəzində pul alır..Lakin bir gün onlar öyrənirlərki o kokainin çox hissəsini özü üçün oğurlayıb.Buna görə də Stensfild öz dəstəsi ilə onun evinə hücum edib,bütün ailə üzvlərini vəhşicəsinə qətlə yetirirlər.Matildə isə bu vaxt dükanda olur.
Evə qayıdarkən olanları hiss edib,növbəti qurban olmamaq üçün,soyuqqanlı bir halda Leonun qapısını döyməyə başlayır.Guya ki,orda yaşayır.Bütün hadisəni qapının gözlüyündən izləyən Leonun bu xəbərsiz gəliş xoşuna gəlməsədə və qapını açmağın böyük bir risk olmasını bilsə də Matildanı içəri buraxır.Və beləliklə onların görüşü burda başlayır.
Jan Reno Leon rolunda

Matilda sonradan Leonun killer olduğunu öyrənir.Balaca qardaşının qisasını almaq üçün,Leondan ona adam öldürməyi öyrətməyi xahiş edir.Əvəzində isə söz verirki,ona ev işlərində kömək edəcək və ən əsası ona yazmağı və oxumağı öyrədəcək.Beləlilkə Leon razılaşır.Matilda isə vaxt keçdikcə Leonu sevməyə başlayır və bunu ona dəfələrlə söyləyir.Leon isə həmişəki kimi sakitliyini qoruyur.Lakin ürəyində Matildaya qarşı xoş təəsüratlar yaranmağa başlayır.

Bu müddət ərzində artıq Matilda özünə güvənməyə başlayır.Qərara gəlir ki artıq intiqam almağın vaxtıdır.Stensfildi izləyib onun ofisinə qədər gedir.Onu vurmaq istəyən zaman Stensfild ona mane olur.
Bu vaxt evə gələn Leon Matildanın yazdığı məktubu görüb,tez onu xilas etməyə gedir.Stensfildin iki admını öldürərək,Matildanı ordan götürüb qaçır.

Leon və Matilda
Stensfild bu haldan çox qəzəblənir.Bir gün adamları Matildanı izləyir.O evə gələndə onu tutub,hədələyirlər.Matilda qapını döymək məcburiyyətində qalır.Lakin Leonla danışdıqları kimi yox.Bunu hiss edən Leon,aqentlərə qarşı plan qurur.Onlardan birini əsir götürərək əvəzində,Matildanı alır.Və mətbəxdə şaxtaya gedən bir divarı sökərək Matildanı ordan yola salır.Bu zaman Leon Matildaya onu sevdiyini deyir.

Evə qumbara atırlar.Qarışıqlıqdan istifadə edən Leon,öldürülmüş polislərdən birinin paltarını geyib maskanı taxaraq aradan çıxmaq istəyir.Lakin Stensfild bunu hiss edərək onu təqib edərək yaralayır.Qələbəsini qeyd etmək üçün ona tərəf əyilir.Bu zaman Leon əlindəki qumbaranı onun əlinə verərək,bunun Matildadan hədiyyə olduğunu söyləyir.Və Stensfild Leonun bütün sinəsinin qumbara ilə dolu olduğunu görür.Dəhşətli partlayış onların ikisini də məhv edir.

Bundan sonra Matilda Toninin yanına gedir.Çünki Leon ona bunu məsləhət görmüşdü.Matilda Tonidən iş istəyir.Toni isə Matildaya məktəbə getməyi məsləhət görür.Matilda Tonidən heç bir kömək görməyəcəyinə əmin olaraq, məktəbə gedir.
Həyətdə Leonun otaq bitkisini dibçəkdən çıxarıb,yerdə əkir.Bə bununla da o simvolik olaraq Leonun arzusunu yerinə yetirir.

Bu filmi çox sevirəm.Dəfələrlə baxsamda həmişə ilk dəfə baxdığım həyəcanla filmi izləyirəm.O vaxt uşaq idim.Elə o zamandan Jan Renoya qarşı məndə xoş təəsüratlar yarandı.
Leon obrazı əslində o qədərdə qəddar bir obraz deyil.Pulla tutulmuş killer olsada,onun ürəyinin dərinliyində sevgi adlı hisslər də olur.O qara eynəyin arxasında yumşaq bir insanın gözləri gizlənir.Və bu yumşaqlıqda Matilda ilə görüşdən sonra özünü biruzə verməyə başlayır.
Filmin soundtrack-ı  da çox gözəldi.Stinqin ifasında Shape of my heart

Top