Hamiləlikdə fol turşusu

Hamiləlikdə fol turşusu

Hamilə qalmazdan əvvəl fol turşusunun əhəmiyyəti
Əgər siz gələcək aylarda hamilə qalmağı planlaşdırırsınızsa, fol turşusu əlavələri qəbul etmək yaxşı olardı.  Fol turşusu hamiləliyin ilk mərhələlərində körpənizin onurğa və beyninin sağlam inkişafı üçün çox vacibdir. Kifayət qədər fol turşusu qəbul etməsəniz, körpənizdə spina bifidanın yaranma təhlükəsini artırırsınız (onurğa sütununun hamiləliyin ilk ayında bağlana bilməməsi) Həmçinin, fol turşusu bol olan qidaları da qəbul etmək əhəmiyyətlidir, çünki vitaminlər bütöv qidadan alındığı zaman daha yaxşı absorbsiya edilir və bitki fermentləri assimiliyasiyaya kömək edir. Hamiləlik zaman fol turşusu
Fol turşusu nədir?
Fol turşusu, həmçinin, folat və B9 vitamini də adlanır. Bu, sağlam sinir sistemi üçün vacib olan B vitaminləri qrupunun başqa bir üzvüdür. Gündəlik 400 mikroqram fol turşusu qəbulu sağlam hamiləlik üçün optimaldır. Fol turşusu əlavəsi ilə yanaşı, siz həmçinin, fot turşusu bol olan qidalar da qəbul etməlisiniz.
Fol turşusu təşkil edən qidalar
  • Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokkoli, kələm)
  • Qulançar
  • Noxud, Lobya və mərcimək
  • Bəzi meyvələr, xüsusən, papaya, portağal və qreypfrut
  • Çuğundur
  • Avokado
Adi vaxt insan orqanizminə gün ərzində 200 mqr fol turşusu tələb olunur. Hamilə qadınlar üçün gün ərzində 400 mqr (bəzi tədqiqatçıların fikirinə görə hətta 800 mqr) fol turşusu lazımdır.
Hətta tam dəyərli və balanslaşdırılmış qidalanma hamiləlik zamanı fol turşusuna olan təlabatını tam ödəyə bilmir. Bu səbəbdən istisnasız olaraq bütün həkimlər hamilə qadınlara həb şəklində olan fol turşusu preparatlarını təyin edirlər. Fol turşusu hamiləliyə hazırlıq mərhələsində və hamiləliyin 12-ci həftəsinə qədər mütləq qəbul olunmalıdır.
Nəzərinizə çatdıraq ki, hamilə qadınlar üçün olan bütün vitamin komplekslərinin tərkibində fol turşusunun profilaktik dozası daxildir. Bu səbəbdən əgər siz bu vitamin komplekslərindən birini qəbul edirsinizsə və sizdə bu vitaminin təsdiq olunmuş kəskin defisiti yoxdursa, fol turşusunun əlavə qəbuluna ehtiyac yoxdur.
Top