Süd vəzi kistaları nədir?
Süd vəzilərin maye tərkibli boşluq şəklində olan xoşxassəli törəməsidir.Əksər kistalar süd vəzilərin axarlarının içində maye toplanması və axarın tıxanması nəticəsində əmələ gəlir(lokal genişlənmiş və dəyişikliyə məruz qalmış axar hissəsi).Hər yaşda rast gəlinir.Ölçüləri müxtəlif olur.
Süd vəzi kistalarının əmələ gəlmə səbəbi:
stress, emosianal sarsıntılar;
zehni və fiziki yüklənmə;
artıq çəki;
hormonal pozğunluqlar;
menstrual siklin pozulması;
hormonal preparatların qəbulu;
zədə;
ultrabənövşəyi şüaların təsiri.
Süd vəzi kistalarının simptomları:
Bəzən siptomsuz olur və təsadüfi müayinə zamanı aşkarlanır.
törəmənin əllənməsi (makrokistalara xarakterikdir);
ağrı, yanğı hissiyatı, ağırlıq hissi (fəsadlaşmış kistaların əlamətidir);
dəridə qızartı, yerli, ümumi hərarətin qalxması, ağrının kəskinləşməsi (iltihablaşmış kistaların əlamətidir);
gilədən ifrazatın gəlməsi (axar kistaları olduqda müşahidə olunur ).
Süd vəzi kistalarının növləri:
atipik kistalar;
fibroz kistalar;
piy kistaları;
axar kistaları;
çox kameralı kistalar;
Ölçüsünə görə:
mikrokista <1 – 1,5sm
makrokista >1,5 -2sm
Sayına görə:
solitar -tək kista
polikistoz -çoxsaylı kistalar (ipsilateral-bir süd vəzidə,bilateral-hər iki süd vəzidə)
Süd vəzi kistalarının diaqnostikası:
mammoloqun baxışı;
ultrasəs müayinəsi;
mammoqrafiya;
maqnit-rezonans tomoqrafiya(MRT);
incə iynə aspirasion biopsiya sitoloji müayinə ilə;
Süd vəzi kistalarının fəsədlaşması:
iltihablaşma;
kapsulanın tamamlığının pozulması;
bədləşmə.
Süd vəzi kistalarının müalicəsi:
nəzarət,vaxtaşırı müayinə olunması(bəsit mikrokistalara aiddir);
konservativ müalicə(kistanın yaranma səbəblərini və fəsadlarını aradan qaldırmaq məqsədi ilə);
kistanın aspirasiyası(bəsit fəsadlaşmamış makrokistalara aiddir);
cərrahi əməliyyat(fəsadlaşmış və şübhəli kistalara aiddir).
Süd vəzi kistalarının profilaktikası:
mütəmadi müayinə olunma;
sağlam qida;
stressdən uzaqlaşma;
hormonal pozğunluğun müalicəsi;
cinsi həyatın tənzimlənməsi.
Müəllif: Onkoloq-mamoloq Rəna Abdullayeva
Mənbə: hekimtap.az