1. Tez-tez yuyunma zərərlidir
Gigiyena normasında olmalıdır. Gündə 4-5 dəfə duş qəbulu və ya hər dəfə tualetdə gedəndə vaginal nahiyənin su, sabun, gellə yuyulması pH mühiti pozur, quruluğa səbəb olur, laktobakteriyaları azaldır. Əgər siz tez-tez yuyunmaq məcburiyyətindəsizsə, adi su ilə yuyunun və salfetlə qurulanın. Normal yuyunma gündə 2 dəfədir.
2. Sabunla ehtiyatlı olun
Adi gigiyenik sabun, ətirli sabun da pH balansı pozur, bakteriyaların çoxalmasına səbəb olur, laktobakteriyaları öldürür. Mikroflora zəifləyir, immunitet düşür. Ümumiyyətlə, vaginal nahiyə sabunu sevmir.
3. Menstruasiya zamanı xüsusi yanaşma
Təqvimdəki qırmızı günlərdə infeksiya və bakteriyalara yoluxma riski artır. Bu günlərdə bezlərin təbii və keyfiyyətli olmasına nəzarət edin. Daha tez-tez yuyunun, amma su və geldən istifadə etməyin. Alt geyimi isə natural parçadan olmalıdır. Həmin günlərdə ayaq arasına göbələk əleyhinə maz çəkin.
4. Bahalı, ətirli gellər zərərlidir
Hər üzərində intim gigiyena üçün satılan ətirli gellər, deodorantlar və s. sağlamlıq üçün münasib deyil. Yaxşı olar ki, rəngsiz, ətirsiz, təbii orqanik məhsullar alasız. pH balansını qoruyan aptek vasitələri alın.
5. Nəm, rübubət və isti zərərlidir
İsti, nəm vəziyyət bakteriyaların sevimli mühitidir. yayda çalışın ki, sərin geyimlərdə olasız. Alt paltarini tez tez dəyişin, yaş çimərlik geyimində əyləşməyin. Çirkli sulu hovuzda çimməyin. İstidə dar cins və losin geyinmək olmaz. Nə qədər isti olsa, o qədər sağlam olaraq fikri vaginal mühit üçün yanlışdır.
6. Tualet kağızı
Tualet kağızından çoxları səhv istifadə edir. Qurulanan zaman qadınlar kağızı öndən arxaya doğru aparmalıdır. Əks istiqamətdə etdikdə, uşaqlıq yoluna zərərli bakteriyalar düşür. Yaxşı olar ki, ümumiyyətlə kağız yox, imkan varsa, sudan istifadə edin.
7. Quruluqdan qaçın
Selikli qişanın quruluğu bir çox faktorları artırır. Əgər sizdə vaginal quruluq varsa, xüsusi lubrikant gel və kremlərdən istifadə edin.