Döşdə dolğunluq

Döşdə dolğunluq

Ana südü, adətən, doğuşdan sonrakı ilk həftə ərzində döşlərə “gəlməyə” başlayır. Bu o deməkdir ki, sizin südünüz ağuz südü formasından yetkin süd formasına keçir. Bu müddət ərzində sizin orqanizminiz körpənizin ehtiyac duyduğundan daha artıq süd əmələ gətirə bilər və bu da döşlərinizin asanlıqla dolmasına səbəb ola bilər.

Dolğunluğun qarşısını almaq məqsədilə:
Körpənizi sutkada təqribən 8-12 dəfə olmaqla əmizdirin.
Əmin olun ki, körpəniz gilədən düzgün yapışıb, belə ki, bu, döşlərinizi daha effektli boşalmasına yardım edər.
İlk bir neçə həftə ərzində əmizdirmələri təxirə salmayın və ya körpənizi xüsusi rejimlə əmizdirməyin.

Dolğunluğu azaltmaq məqsədilə:
Döşləriniz burnunuzun ucu qədər bərkdir?
 Əmizdirmədən öncə döşləri yumşaltmaq üçün onları isidin. Duş qəbul edin və isti suyu döşləriniz üzərinə axıdın. Bu prosedur özünüzü yaxşı hiss etməyə və süd sızıntılarının yaranmasına səbəb olacaqdır.

Döşünüzü yüngülcə masaj edin. Barmaqlarınızın uclarını kiçik dairəciklər formasında hərəkət etdirin və bu hərəkətləri bütün döşünüz boyu edin. Sonra döşün kənarından giləsinə doğru tumarlayın.

1. Əlinizi döşünüzə “C” hərfi formasında qoyun, barmaqlarınız döşün alt hissəsində, baş barmaq isə yuxarı hissədə.
2. Barmaqlarınızı areolanın kənarının arxasında tutun, gilə özülündən təqribən 1-1’məsafədə.
3. Barmaqlarınızı sinənizə doğru arxa tərəfə sıxın.
4. Bütün barmaqlarınızı eyni anda sıxın.
5. Döşünüzü tam boşaltmaq üçün əlinizi fırladın.

Bir döşünüzü boşaldın, sonra eyni proseduru digər döşünüzə tətbiq edin. Artıq südü kənarlaşdırmaq məqsədilə bu proseduruhər döşünüz üçün yenidən təkrarlayın.

Əmizdirmədən sonra şişkinliyi azaltmaq və rahatlıq gətirmək üçün soyuq kompres edin. Bunun üçün siz nazik dəsmala bükülmüş buz paketi və ya dondurulmuş paxla paketini istifadə edə bilərsiniz.

İfrat şəkildə dolğunluq:
Döşləriniz alnınız qədər bərkdir?
Bu halda döşlərinizə isti deyil, soyuq vasitələr tətbiq edin. Bu, döşlərin şişkinliyini azaldacaq, təkrar dolmanı yavaşıdacaq və bir az rahatlıq hissi verəcəkdir.

Kürəyi üstə uzanmaq döşlərdə olan artıq mayenin təkrar bədənə sorulmasına kömək edir.
Hermetik paketdə buz və ya dondurulmuş tərəvəz paketlərini döşlərinizin üzərinə qoysanız, özünüzü daha rahat hiss edər və bununla da, şişkinlik azalar. Buz qoymazdan öncə döşlərinizin üzərinə dəsmal və ya bir parça sərin.

Əmizdirmədən öncə şişkinliyi azaltmaq məqsədilə kələm yarpaqlarından istifadə edə bilərsiz. Bu metodun qeyri-ənənəvi müalicə metodu olmasına baxmayaraq, bir çox qadınlar ağrını və dolğunluğu azaltmaqda bu metodun olduqca effektli olduğunu aşkarlamışlar. Sərinləşdirilmiş kələm yarpağını gündə 2-3 dəfə olmaqla 15-30 dəqiqə ərzində və ya döşləriniz yumşalana qədər büstqalterinizin içinə qoyun. Daha çox qoymaq olmaz. Daha çox qoysanız, südünüzün miqdarı azala bilər. Əgər kələmə qarşı allergiyanız və ya dəridə səpkiləriniz varsa, o zaman kələmdən istifadə etməyin. Kələm öz şirəsini buraxsın deyə, onu əldə yumşaldın (və ya əzin). Sonra kələm yarpağını döşlərinizə qoyun. Kələm yarpaqlarını büstqalterin altından gündə 2-3 dəfə olmaqla 15-30 dəqiqə ərzində saxlayın.

Əmizdirmədən öncə döşlərinizdən südün bir hissəsini kənarlaşdırmaq üçün südsağıcı aparatdan istifadə edə bilərsiz. Bu gilənin yumşalmasına və körpənizinin ondan asanlıqla yapışması üçün forma almasına yardım edəcəkdir.

Əgər əmizdirmə zamanı körpəniz döşlərinizi lazımi qədər boşaltmırsa və ya ancaq bir döşünüzü əmirsə, siz gündə bir və ya iki dəfə olmaqla südsorucu aparatdan istifadə edə bilərsiniz. Döşləriniz çox dolmamışdan və çox ağrımamışdan öncə dolğunluğu müalicə etmək çox önəmlidir. Belə ki, süd əmələ gətirici hüceyrələrin üzərinə olan əks təzyiq onları zədələyə bilər və bu da bütünlükdə südün miqdarının azalmasına gətirib çıxarar.

Əgər bütün bu metodlardan istifadə etməyinizə baxmayaraq, heç bir yüngülləşmə əldə edə bilmirsinizsə, yardım üçün mütləq əmizdirmə məsləhətçisinə və ya savadlı tibb mütəxəssisə müraciət edin.

Müəllif: Vergie Hughes ( RN, MS, IBCLC, FILCA) əmizdirmə məsləhətçisi, “Lactation Education Resources” proqram direktorudur.
Tərcümə edən: Mirzəyeva Ülviyyə, «VİBaby» layihəsinin Koreya/Ingilis dilləri üzrə tərcüməçisi.

vib.az
Top