Doğuşdan sonra dəyişikliklər

Doğuşdan sonra dəyişikliklər

Doğuşdan sonra anaların əksəriyyəti bədənində olan fiziki və mənəvi dəyişiklikləri ürəkağrısı ilə qarşılayırlar. Lakin unutmayın ki, bunlar normal bir təbii haldır. Doğuşdan sonra sizin bədəniniz hələ də dəyişməkdə davam edəcəkdir.

Döşlərinizə süd gələcək və uşaqlığınız əvvəlki ölçüsünə qayıdacaqdır. Bədəninizdə baş verənləri, qeyr-adi simptomları anlamaq lazımi məlumata malik olduğunuz halda daha asan olacaqdır. Əgər qızdırmanız 38 dərəcədən çoxdursa mütləq həkiminizlə əlaqə saxlayın.

— Südün gəlməsi. Döşlərinizin dolması doğuşdan 72 saat sonra baş verəcək. Bu zaman döşləriniz bərk, yüngül ağrılı və isti ola bilər. Bu ilkin südəmələ gəlmə prosesinin normal halıdır.

Bu prosesi yüngülləşdirmək üçün: döşlərinizə ilıq kompress qoyun, dar olmayan büstqalter geyinin, körpənizi düzgün vəziyyətdə və hər iki döşü verməklə tez-tez əmizdirin (əmizdirmələr arasında 2 saatdan çox fasilə qəti qadağandır). Körpənizi əmizdirərkən uşaqlıq nahiyyənizdə menstrual ağrılara bənzər ağrıların olması tamamilə normaldır. Uşaqlığınız bərpa olunur.

— Normal doğuşdan sonra. Heç bir cərrahiyyə əməliyyatı (tikişlərin qoyulması və s.) həyata keçirilməyən doğuşdan sonra sizin cinsiyyət orqanlarınızda ağrının olması normaldır. Şişkinlik və qaşınma da ümumi narahatlıqlara aiddir. Bunun üçün doğuşdan sonra 72 saat müddətində şişkinliyi və ağrını azaltmaq üçün buz kompresslərindən istifadə edin. Sonrakı günlər isti kompresslər edə bilərsiniz. Həmçinin ağrını azaltmaq məqsədilə hər gün ilıq su və lavanda yağı ilə vanna qəbul edə bilərsiniz. Tualet ehtiyaclarınızdan sonra ilıq su ilə yuyunun.

— Doğuş vaxtı tikişləriniz olubdursa, bu tikişlərə xüsusi diqqət və qayğı lazımdır. Tikişdən gələn qan, tikişin ətrafında qızartı və şişkinliyə nəzarət etmək üçün güzgüdən istifadə edin. Əgər hər hansı dəyişiklik hiss etsəniz mütləq həkiminizlə əlaqə saxlayın.

— Qeysəriyyə əməliyyatından sonra ananın sağalması normal doğuşa nisbətən daha uzun müddətə baş verir. Xəstəxananı tərk etdikdən sonra əməliyyat nayihəsinin qırmızı və ağrılı olmasına nəzarət edin. Əgər yarada sarımtıl maye görsəniz mütləq təcili olaraq həkiminizlə əlaqə saxlayın. Tikişlərin açılması nadir hallarda baş verə bilər. Bu halda da həkimə müraciət etməyiniz vacibdir.

Müəllif: «Pampers village» magazine
Top