Ağ və ya boz olan incə, süd rəngi, balıq iyli vaginal axıntınız varsa, bu, vaginanızda ağrı, qaşıntı ya da yanmağa səbəb olur. Maya infeksiyası olanda reseptsiz müalicə almaq üçün aptekə qaçmayın! Bunlar həkim tərəfindən diaqnoz qoyulacaq bacterial vaginozis əlamətləridir.
Qadınların çoxu həyatlarının müəyyən periodunda axıntı, qoxu, və qaşıntı kimi vaginal infeksiya yaşayır, amma əlamətləri və müalicə infeksiyanın növündən asılı olaraq dəyişir. Bu səbəbdən simptomlar göründüyü vaxt həkimlə məsləhətləşmək vacibdir.
Həkim fiziki müayinə etdikdən sonra, şəxsi həyatınız, tibbi informasiyanız haqqında suallar soruşacaq və test üçün laboratoriyaya nümunələr göndərəcəkdir. Vaginal axıntının əsas 3 səbəbi var: maya infeksiyası, trikomonas və vulvovaginal kandidiyaz(VVC).
Bunların bəzi oxşar əlamətləri olmasına baxmayaraq, fərqlilikləri də var və müxtəlif cür müalicə olunur. Məsələn, VVC axıntısı süzülmüş pendir kimi görünərkən, trikomonas sarımtıl yaşıl rəngdədir. Bir çox qadın vaginal simptomlar üçün tibbi yardım almır. Öz-özünə keçməyini gözləyir. Adətən, bu infeksiyalar müəyyən zaman sonra azalır və yox olur. Ancaq unutmamaq lazımdır ki, daha pis nəticələr də ola bilər. Bəzi maya infeksiyaları öz-özünə getsə də, bir çoxu yox olmur. Həkim nəzarəti altında müalicə oluna bilər, amma müalicə olunmasa HIV kimi cinsi yolla keçən xəstəliklərə də yol aça bilər.
Əgər bu əlamətlər sizdə də varsa, yaxşı olardı ki, həkimə gedəsiniz:
— Ağ və ya boz südlü axıntı
— Balıq qoxusu
— Vaginada ağrı, qaşıntı və yanma hissi
— Vagina ətrafında qaşıntı
Maya infeksiyasının müalicəsi.
Maya infeksiyası adətən reseptli antibiotiklər istifadə edilərək müalicə olunur. Bu antibiotiklər oral və ya topical ola bilər. Bütün antibiotiklərin yan təsirləri var, buna görə də həkimlə danışmaq lazımdır!
leydi.az