Kontraseptivlər haqda bilmədiyiniz faktlar

Kontraseptivlər haqda bilmədiyiniz faktlar

Bütün dünyada hamiləlik əleyhinə preparatlar (kontraseptiv həblər) arzuolumaz hamiləliyin qarşısını alan və tez-tez istifadə olunan vasitədir.

Müasir hamiləlik əleyhinə həblər daha effektlidir və onların yanaşı təsirləri, əks-göstərişləri daha azdır. Belə həblər arzuolunmaz hamiləliyin riskini 99% azaldır. Bundan əlavə düzgün seçilmiş belə preparat qadın orqanizminə müsbət təsir edir — hormonal fonunu tənzimləyir, bəzi qadın cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır, güclü qanaxmaların və menstruasiya öncəsi sindromun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır və s. Bu səbəbdən hamiləlik əleyhinə həblər bəzi pozulmalar zamanı cinsi həyatı yaşamayan qızlara da müalicəvi vasitə kimi təyin olunur.

Həmçinin hamiləlik əleyhinə həblər sonsuzluğun da müalicəsində geniş istifadə olunur. Hamiləlik əleyhinə preparatların tərkibində qadın hormonlarının müəyyən kombinasiyası daxildir. Preparatın təsirindən qadın orqanizmində ovulyasiya baş vermir ki, bu da hamiləliyi mümkünsüz edir. Bundan əlavə, hamiləlik əleyhinə həblər servikal kanalda olan seliyi qatılaşdırır ki, spermatozoidlər uşaqlığa daxil ola bilmir. Hətta həblərin qəbulu fonunda ovulyasiya və mayalanma baş verərsə, embrion uşaqlıq boşluğuna implantasiya edə bilmir (yapışa bilmir) ki, hamiləlik əleyhinə həblər uşaqlığın divarlarını çox nazik edir.

Hamiləlik əleyhinə həblərin 50-dən çox növü var. Bir qadına uyğun olan preparat digəri üçün uyğun olmaya və hətta ziyanlı ola bilər. Bu səbəbdən oral kontraseptivləri özbaşına, rəfiqələrlə məsləhətləşdikdən və internet forumları oxuduqdan sonra qəbul etmək yolverilməzdir. Bu həblər qadına yalnız həkim-ginekoloq tərəfindən təyin olunmalıdır. Bundan əvvəl həkim qadını müayinə edir, həblərin qəbuluna əks-göstərişlərin olub-olmadığını araşdırır.

İstənilən digər preparatlarda olduğu kimi, hamiləlik əleyhinə həblərin da müəyyən əks-göstərişləri vardır. Damar problemləri, ciddi ürək, böyrək, qaraciyər xəstəlikləri olan, siqaret çəkən qadınlar üçün oral kontraseptivlərin qəbulu qadağandır.

Hamiləlik əleyhinə həblər müəyyən sxem üzrə qəbul olunur və həblərin qəbulunu buraxmaq olmaz. Bu halda hamiləlik əleyhinə effekt itir.

Hamiləlik əleyhinə həblərin müəyyən yanaşı təsirləri də var: arterial təzyiqin yüksəlməsi, baş ağrıları, saçların tökülməsi, çəkinin bir qədər artması və s. Bu halda həkimə müraciət etmək lazımdır.
Hamiləlik əleyhinə həbləri qəbul edən qadın ildə 2 dəfə ginekoloqun müayinəsindən keçməlidir.

saglamolun.az
Top