Xorinonepitelioma qadın cinsiyyət orqanlarının bəd xassəli şişlərindən olub,döl yumurtası elementlərindən yaranır.Xorinonepitelioma uşaqlıq boşluğunda, bəzən isə uşaqlıq əzələlərinə düyünlər şəklində inkişaf edir.
Klinikası
Xəstəliyin əsas simptomu cinsiyyət yolundan qanlı ifrazat və qanaxmanın olmasıdır. Qanaxmalar adətən residivverici xarakter daşıyır. Belə ki,qanaxmaların şiddəti bəzən azalır və kəsilir, bəzən isə yenidən başlayır. Düyünlər submukoz yerləşdikdə qanaxmalar az olur. Uşaqlıq yolunda metastazlar olduqda isə xəstələrdə güclü profus qanaxmalar baş verir. Şişin uşaqlıqdan qarın boşluğuna doğru artması zamanı qanaxmalar daha şiddətli ola bilir. Xəstələrdə əmələ gəlmiş şiş toxuması infeksiyalaşmış olduqda xəstələrdə temperatur yüksəlir. Bu zaman xəstələrin qanında EÇS-in yüksəlməsi qeyd edilir.
Xəstəlik zamanı qadınlarda qanaxmalardan başqa aşağıdakı əlamətlər özünü göstərir:
— halsızlıq
— zəiflik
— qanazlığı
Diaqnoz Metastatik düyünü aşkar etmək üçün uşaqlıq yolu və uşaqlıq boynuna güzgü ilə baxılır. Əllə müayinə zamanı uşaqlığın 6-8 həftəlik hamiləlik boyda olduğu aşkar edilir. Uşaqlığın artımlarının müayinəsi zamanı kistoz şəkildə böyümüş yumurtalıqlar aşkar edilir. Xəstəliyə diaqnozun qoyulmasında endometriumun qaşınması zamanı götürülən bioptatın müayinəsi çox əhəmiyyət kəsb edir.
immunitet.az