Mensturasiyanın erkən başlamasının səbəbi qadın cinsiyyət üzvlərinin endokrin funksiyasının pozulmasıdır.
Yumurtalıqların endokrin funksiyasının artmasına çox vaxt burada törənən şişlər və kistalar səbəb olur. Lakin bəzi hallarda estrogen və proqestronun hipotalamohipofizar (mərkəzi) mənşəli hipersekresiyasına da rast gəlinir. Bu qonodaliberinin və ya qonodatrop hormonların hipersekresiyası nəticəsində törəyə bilir.
Qadın cinsiyyət hormonlarının hipersekresiyası erkən uşaqlıq dövründə başladıqda vaxtından əvvəl cinsi yetişkənlik baş verir. Xəstəliyin ilkin mərhələsində boy inkişafı sürətlənir, lakin tezliklə epifizar qığırdaqlar sümükləşdiyinə görə inkişaf dayanır.
Xəstənin boy ölçüləri və beli qısa olur, dərialtı piy təbəqəsi və tük örtüyü yaxşı inkişaf edir. Beıə qızlarda mensturasiya erkən yaşlarında başlayır (9 yaşa qədər).
Xəstəlik zamanı estrogenlərin hipersekresiyası olarsa, mensturasiya uzun müddət çəkir və çoxlu qanitirmə ilə müşayiət edilir. Proqestronun hiperfunksiyası isə mensturasiyanın ləngiməsi ilə nəticələnir.
Yumurtalıqların endokrin funksiyasının çatışmazlığının inkişaf mexanizminə görə bir-birindən fərqlənən müxtəlif növləri vardır. Bunlar estrogenlərin və proqestronun ayrılıqda və ya birlikdə çatışmazlığı şəklində ola bilər. Estrogen çatışmazlığı xəstəliyin daha çox rast gəlinən formasıdır. Belə ki, estrogen çatışmazlığı cinsi yetişkənlikdən əvvəl başladıqda, ikincili cinsi əlamətlər inkişaf etmir. Bu zaman uşaqlıq, uşaqlıq yolu və yumurtalıqlar inkişafdan qalır, lakin amenoreya (mensturasiyanın olmaması) müşahidə edilir.
Xəstənin bədən quruluşu qeyri mütənasib olur. Belə ki, onların aşağı ətrafları uzun, çanağı dar olur. Xəstəlik yaşlı qadınlarda başladıqda isə bədən quruluşu cüzi dəyişikliyə uğrayır. Bu zaman cinsiyyət orqanları zəif dərəcədə atrofiyaya uğrayır, ikincili amenoreya əmələ gəlir.
Proqestronun çatışmazlığı zamanı isə mensturasiya çoxlu qanitirmə ilə müşayiət olunur. Bu proses baş verdikdə xəstələrdə özbaşına abort və sonsuzluq olur.