Spiralların müsbət və mənfi cəhətləri

Spiralların müsbət və mənfi cəhətləri

Uşaqlıq daxili spiral (UDS, hamiləliyin qarşısını alan spiral) arzuolunmaz hamiləlikdən qorunmanın ən etibarlı və müasir üsullarından biridir. Uşaqlıq daxili spiralın yerləşdirilməsindən sonra hamiləliyin əmələ gəlmə ehtimalı təxminən 1,1% təşkil edir. Müasir uşaqlıq daxili spirallar kiçik, nazik plastik və ya metal qurğulardır. Bir kontrasepsiya üsulu kimi uşaqlıq daxili spiralın hansı üstünlükləri və çatışmazlıqları vardır?

Öz üstünlükləri sayəsində, uşaqlıq daxili spiral bütün digər kontrasepsiya üsulları arasında xüsusi yer tutur:
— Arzuolunmaz hamiləliyin qarşısının alınması baxımdan spiralın yüksək effektivliyi hamiləliyin qarşısını alan hormonal tabletlərlə müqayisə oluna bilər və 99% çatır və hətta ötür.

— Spiral hamiləliyin qarşısını alan həblərdən daha etibarlıdır, çünki hamiliyin qarşısını alan həbləri qəbul edən qadınlar çox vaxt həbi vaxtında qəbul etməyi unudurlar, bu isə bu üsulun etibarlılığını əhəmiyyətli dərəcədə azaldır. Spiraldan istifadə olunarkən, qadın tərəfindən hamiləliyin qarşısını alan effektin saxlanılması üçün heç bir hərəkətlər tələb olunmur və buna görə də istənilən səhv və ya təsadüf ehtimalı istisna olunur.

— Bütün digər kontrasepsiya üsulları ilə müqayisədə, uşaqlıq daxili spiral ən ucuz hamiləliyin qarşısını alan üsuldur. Baxmayaraq ki, bir spiralın qiyməti bir bağlama hamiləliyin qarşısını alan həblərin və ya bir qoruyucular bağlamasının qiymətindən dəfələrlə çoxdur, 3-5 ilə hesablamada (bir spiralın istifadə müddəti) onun qənaət baxımından üstün olduğu görünür.

— Hamiləliyin qarşısını alan tabletlərdən fərqli olaraq, tərkibində hormonlar olmayan metal və ya plastik spirallar orqanizmə, bir çox qadınların qorxduğu (bəzi hallarda haqlı olaraq) heç bir ümumi “hormonal” təsir göstərmirlər. Bu səbəbdən tərkibində hormonlar olmayan UDS 35 yaşından yuxarı qadınlar üçün döşlə əmizdirmə dövründə, aktiv siqaret çəkmə zamanı və ya hamiləliyin qarşısını alan həblərdən istifadə oluna bilmədiyi, lakin arzuolunmaz hamiləlikdən yüksək qorunma dərəcəsi tələb olunan hallarda əsas qorunma vasitəsi kimi tövsiyə edilir.

— Spiral cinsi əlaqə zamanı tamamilə hiss olunmur və partnyorlara mane olmur.

Yuxarıda təsvir edilən üstünlüklərə baxmayaraq, uşaqlıq daxili spiralların bəzi mənfi cəhətləri də mövcuddur:

— Uşaqlıq daxili spiralın yerləşdirilməsi və çıxarılması yalnız həkim ginekoloq tərəfindən həyata keçirilir.

— Adətən, uşaqlıq daxili spirallar uşaqlara hələ də sahib olmayan qadınlara qoyulmur.

— Uşaqlıq daxili spiralın yerləşdirilmə zamanı və ya yerləşdirilmədən dərhal sonra çox nadir hallarda olsa uşaqlığın deşilməsi mümkündür.

— Uşaqlıq daxili spirallar çox nadir hallarda olsa da endometritin (uşaqlığın iltihabı) inkişafına səbəb ola bilər.

— Spiraldan istifadə olunan müddət ərzində bu kimi ağırlaşmalar mümkündür: aybaşılar zamanı ağrıların güclənməsi, aybaşılar zamanı qanlı ifrazatların miqdarının çoxalması, aybaşılardan sonra və ya aybaşılar arasındakı müddətdə uşaqlıq yolundan yaxıcı qanlı ifrazatların əmələ gəlməsi.

— Təsdiqlənmiş cinsi infeksiya və ya cinsiyyət orqanlarının iltihabı, uşaqlıq boynunun eroziyası olan qadınlara, cinsiyyət orqanlarında şişlər olan qadınlara, uşaqlığın və ya uşaqlıq boynunun inkişafında qüsurlar olan qadınlara spiral qoyulmur.
Top