Dismenoreya — ağrı və diskomfort ilə müşahidə olunan menstrual (aybaşı) funksiyaların pozulmasıdır.
60-75%-a qədər qadınlar menstruasiyadan əvvəl və menstruasiyalar zamanı xoşagəlməz hisslər keçirirlər. Ağrı ilə müşahidə olunan menstruasiyalar daha çox gənc qızlarda və doğuş keçirməmiş qadınlarda rast gəlinir. Doğuşdan sonra qadınlarda əsasən ümumi xarakterli təzahürlər müşahidə edilir. Adətən, bu vəziyyət nevroz və hormonal çatışmazlığı, çanaq orqanlarının qan ilə dolması (aktiv hiperemiyası) ilə bağlıdır.
Dismenoreya müxtəlif ginekoloji problemlər və xəstəliklərlə bağlıdır və ya patoloji vəziyyət kimi ayrıca olaraq təyin edilir. Bununla bərabər, aşağıda göstərilən anlayışlar mövcüddur:
alqomenoreya — genital sahədə ağrı
dismenoreya — menstruasiya zamanı bütün bədəndə xoşagəlməz ağrılar;
alqodismenoreya — yerli ağrının və ümumi təzahürlərin qarışığı;
birinci və ikinci dismenoreya.
Dismenoreya kimlərdə rast gəlinir?
Dismenoreya ovulyator dövrlər zamanı, iki fazanın (mərhələnin) olduğu təqdirdə yaranır, bunun üçün də gənc qızlarda menstruasiyaların əmələ gəlməsi zamanı və ya anovulyator monofazalı dövr zamanı ağrılar və diskomfort olmur. Dismenoreyanın iki növü olur: birinci və ikinci.
Birinci dismenoreya – ginekoloji cəhətdən əvvələr problemləri olmayan qadınlarda menstruasiyalar zamanı yaranan dismenoreyanın növüdür. Belə vəziyyət yeniyetmələrdə astenik bədən quruluşu, infantilizm, uşaqlıq əyriliyi, yumurtalıqların hipofunksiyasının olduğu zaman yaranır. Burada əsəbi-psixiki amil də böyük rol oynayır – adətən dismenoreya emosional cəhətdən özünü saxlaya bilməyən qadınlarda yaranır. Dismenoreya sarı cismin hipofunksiyası nəticəsində də yarana bilər, bu halda simptomlara estrogenlərin çoxluğu səbəb olur. Bəzən, ağrıya səbəb olacaq heç bir şeyin tapılmadığı halda, dəqiqləşdirilməmiş dismenoreya adlandırılan diaqnoz təyin edilir.
İkinci dismenoreya — keçirilmiş və ya mövcud ginekoloji pozğunluqların fonunda yaranan menstruasiyanın ağrı ilə müşahidə olunmasıdır. Eyni zamanda əsəb sisteminin fəaliyyəti tamamilə normaldır. Ağrıya aşağıdakılar səbəb ola bilər:
— birləşmə yerləri, bağ aparatı zonasında infiltratlar, kiçik çanaqda iltihab təzahürləri — qan ilə dolma (aktiv hiperemiya) zamanı bağ və əzələlərin güclü gərginləşməsinə gətirib çıxarır;
— uşaqlıq boynunda yarıqlar, bunun nəticəsində, qanın qovulması üçün daha aktiv yığılmalar tələb olunur;
— uşaqlıqda miomatoz düyünlərin mövcudluğu;
— uşaqlığın, yumurtalıqların və ya başqa kiçik çanaq orqanlarının endometriozu;
— pərdəli alqomenoreya — uşaqlıq boşluğunda topaların və laxtaların yaranması.
Dismenoreyanın simptomları
Simptomlar dismenoreyanın növündən asılıdırlar. İlkin formada, ağrılar kəskin, sancıvaridirlər və bel, çanaq, duz bağırsaq və aralıq nahiyəsinə vururlar. Bu halda, qadın əsəbi, həyəcanlı, aqressiv və ya halsız olur. Ağrı adi həyat ritmini poza bilər. Qadını yuxusuzluq, ishal, qusma, baş ağrıları narahat edə bilər. Xəstəliyin ikinci formasında ağrılar sızıldayan və zəifdirlər, aralıq nahiyəsinə və belə vura bilərlər. Döş nahiyəsinin həssaslığı yüksələ, ishal, nəcis durulaşa, iştaha azala bilər. İş qabiliyyəti adətən çox zərər çəkmir. Diaqnostika Diaqnoz şikayətlərə və təzahürlərə əsasən müəyyən edilir və xarici və daxili müayinələr, o cümlədən, kiçik çanağın USM-i, hormonların səviyyəsi ilə bağlı qan analizləri, flora ilə bağlı yaxma və cinsi infeksiyalar kimi məlumatlar ilə tamamlanır. Müalicə Müalicənin əsası — bu səbəbiyyət amilinin və ağrı simptomlarının aradan qaldırmasıdır.
Dismenoreyanı necə müalicə etməyə hər bir konkret halda həkim qərar verir. Ağrı olduqda müalicə simptomatikdir — spazmolitiklər, analgetiklər, QİDV (Qeyri-steroid iltihabəleyhinə dərman vasitəsi), qarın nahiyəsinə istilik tətbiq edilir. Təzahürlərin intensivliyini azaltmaq üçün müalicə məqsədi ilə 3-6 ay kurs müddətinə oral kontrasepsiya və ya dövrün ikinci fazasına proqesteron təyin edilir. Vaxtında ginekoloqunuzla məsləhətləşin. Dismenoreyanın ikinci növündə menstruasiyanın pozulmasına səbəb olan əsas xəstəliyi müalicə edirlər.
ginekoloq.az