Menstruasiya zamanı bunları etməyin!

Menstruasiya zamanı bunları etməyin!

Menstruasiya zamanı qadının orqanizmində ciddi dəyişikliklər baş verir.

Qadının cinsiyyət orqanlarında, hormonal fonunda, bəzi qan göstəricilərində (qanın laxtalanması və s.), sinir sisteminin vəziyyətində (qadın daha həssas və əsəbi olur), immun sistemində və s. dəyişikliklər baş verir.

Bu səbəbdən qadın menstruasiya zamanı bunlardan çəkinməlidir:

1. Menstruasiya zamanı ağır fiziki yükləmələrdən (peşəkar idman və s.) imtina etmək lazımdır. Bu qanaxmanın artmasına səbəb ola bilər. Əgər bu mümkün deyilsə, qadın mütləq fiziki yükləmələri azaltmalıdır.

Ümumillikdə isə ağır fiziki yükləmələr qadında menstrual funksiyanın pozulmasına səbəb ola bilər, hətta menstruasiyalar tam kəsilə bilər.

2. Menstruasiya zamanı hovuza, saunaya, hamama, dənizə və s. getmək tövsiyə edilmir. Menstruasiya zamanı uşaqlığın boynu adi günlərlə müqayisədə daha açıq olur, və bu vəziyyət müxtəlif infeksiyaların uşaqlıq boynuna və daha sonra uşaqlıq boşluğuna daxil olmasına «kömək edir».

Bundan əlavə adi günlərdə uşaqlıq boynunda selikli tıxac olur. Bu tıxac infeksiyaların uşaqlıq boynuna daxil olmasına mane olur. Menstruasiyadan əvvəl tıxac uşaqlıq boynundan çıxır.

Beləliklə, menstruasiya zamanı müxtəlif infeksiyaların qadının cinsiyyət orqanlarına daxil olması təhlükəsi olduqca böyüyür.

Bu infeksiyalar qadının cinsiyyət yollarına, o cümlədən, sudan düşə bilər. Məhz bu səbəbdən hovuz, dəniz, sauna və s. bu günlərdə əks-göstəriş sayılır.

Menstruasiya zamanı (xüsusilə menstruaiyanın əvvəlində) yalnız ilıq duş qəbul etmək olar.

3. Menstruasiya zamanı bəzi dərman preparatların qəbulu (hormonal preparatlar, aspirin və digər qan durulaşdıran preparatlar və s.) əks-göstərişdir. Bu haqda müalicə həkimi qadına məlumat verməlidir.

Menstruasiya zamanı uşaqlıq yoluna qoyulan xüsusi şamlar və həblər adətən istifadə olunmur.

Lakin dərman preparatların əksər hissəsini menstruasiya zamanı qəbul etmək, inyeksiya şəklində orqanizmə daxil etmək olar.

4. Planlı şəkildə aparılan cərrahiyyə əməliyyatlar (təcili əməliyyatlar yox!) menstruasiya günlərində keçirilmir. Məsələ burasındadır ki, bu günlərdə hormonal fon kəskin dəyişilir, qan daha gec laxtalanır və bu qanaxmalara və digər ağırlaşmalara gətirib çıxarda bilər.

Hətta dişləri müalicə etmək və çəkmək menstruasiya zamanı tövsiyə edilmir.

5. Menstruaisya zamanı arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdən imtina etmək lazımdır.

6. Menstruaisya zamanı bəzi kosmetik proseduraları (liftinq, saçların burulması, rənglənməsi və s.) etmək tövsiyə edilmir. Bildiyimiz kimi, menstruaisya zamanı hormonal fon dəyişilir və bu kosmetik proseduraların nəticələrinə təsir edə bilər (lazım olan saç rəng alınmır və s.).

saglamolun.az
Top