ABŞ-ın Childbirth Connection adlı Təşkilatı qeysəriyyə kəsimi əməliyyatının ana və körpənin sağlamlığında yarana biləcək otuzdan artıq fəsadları qeyd etmişdir.
Bu fəsadlar həm qısa, həm də uzun müddətli ola bilər və təbii doğuşla müqayisədə daha çox potensial problemlərin riskini artırır. Müqayisə üçün qeyd etmək lazımdır ki, təbii doğuşun səbəb ola biləcəyi potensial problemlərin sayı əməliyyatdan təxminən 6 dəfə daha azdır.
Doğuş təbii bir prosesdir və qadın təbiətinin bir hissəsidir. Gələcək analar unutmamalıdırlar ki, qeysəriyyə yalnız zəruriyyət halında olan seçimdir və təbii doğuşun heç vaxt əvəzləyicisi və ya ondan daha üstün ola bilməz.
Bizi yaradan Uca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”. (Bəqara, 286)
“Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.” (Taləq, 7)
Yuxarıda qeyd edilən fəsadlardan biri-qeysəriyyə əməliyyatının əmizdirmə prosesinə mənfi təsirinin üzərində dayanmaq daha məqsədəuyğundur. Beləki, Italiyanın University School of Medicine qeyd edir ki, əmizdirmə təbii doğuşla körpələrini dünyaya gətirən analarda 71.5% olduğu halda qeysəriyyədən keçən analarda 3.5% müşahidə olunmuşdur.
Doktor Jack Newman qeyd edir ki, doğuş prosesinə nə qədər az müdaxilə olarsa, əmizdirmə də bir o qədər rahat, problemsiz və müvəffəqiyyətli olar. Doğuşa müdaxilə kimi qiymətləndirilən damar daxili vurulan istənilən preparatlar anada döşlərin şişməsinə səbəb olduğundan körpə döşü götürməkdə çətinlik çəkir. Doğuş zamanı tətbiq olunan ağrıkəsicilər körpəyə yuxululuq gətirir, körpə əmmə kordinasiyasını itirir və bunun körpəyə təsiri hətta 2 həftə ərzində özünü biruzə verə bilər.
Jan Riordan tərəfindən aparılan tətqiqata görə, son dövrlər çox aktual olan epidural (onurğanın bel nahiyyəsində keyidilməsi) müdaxiləsi olan doğuşlarında əmizdirməyə mənfi təsiri aşkarlanıb. Beləki, heç bir tibbi müdaxilə olmadan doğulan körpələrin əmmə qabiliyyəti maksimal 12-dən 11,1 bal olduğu halda epidural keyitmə ilə doğulan körpələrdə 8,5 bal olmushdur.
İsveçdə aparılan digər bir tətqiqata əsasən isə təbii doğuşla dünyaya gələn körpələrin hamısı ilk saat ərzində döşdə əmməyə qadir olduğu halda epidural vasitəsilə doğulanların yalnız 25%-i buna qadir olmuşdurlar.
Qeyd etmək lazımdır ki, qeysəriyyə əməliyyatı zəruri olan hallarda epidural keyitmə üsulu daha məqsədəuyğundur. Beləki, bu zaman ana ayıq olur və dərhal körpəsi ilə kontakt qura və tez bir zamanda əmizdirməyə başlaya bilir.
Həmçinin hamıya məlumdur ki, qeysəriyyə əməliyyatı keçən anaya profilaktik səbəblərdən anti-biotik preparatlar verilir ki, nəticədə süd yarası (Candida Albicans) xəstəliyinə əsas yaradır. Süd yarası infeksiyası ananın giləsində həmçinin körpənin ağzında müşahidə olunur və bununla da əmizdirmə prosesini ağrılı edir. Bu infeksiya ana və balanın paralel şəkildə müalicə olunmasını tələb edir.
Pediatr Doktor Sears öz təcrübəsinə əsaslanaraq bildirir ki, həm təbii həm də əməliyyatla dünyaya gələn körpələrin əmizdirilməsi aşağıdakı şərtlərə cavab verdiyi halda müvəffəqiyyətli olur. Qeysəriyyə əməliyyatına getməmişdən öncə əmizdirməni sahmanlamağa çalışın, bunun üçün aşağıdakılara riayət edin:
Həkiminizlə körpənizi doğuşdan dərhal sonra qucağınızda saxlamaq və əmizdirmək haqqında danışın.
Həmçinin əmizdirmədə əlavə köməyə ehtiyacınız olacaq beləki, siz həm özünüzü əməliyyatdansonra bərpa etməli və körpənizi əmizdirməlisiniz. Hətta uzanmalı olduğunuz halda başqasının köməyi ilə əmizdirməyə dərhal sonra başlaya bilərsiniz.
Həkiminiz körpənizə mənfi təsir göstərməyəcək və yuxululuq gətirməyəcək dərmanlar yaza bilər.
Erkən və tez-tez əmizdirməyi planlaşdırın.
Uzanıqlı və ya “futbol topu” mövqelərində əmizdirmə haqqında öyrənin.
Mümkün qədər körpənizi yanınızda-sizinlə bir otaqda saxlamağa çalışın.
Müsbət düşünün və körpənizlə ilk vaxtlarınızı qiymətləndirin. Çətinliklər müvəqqətidir.
Müəllif: Səltənət Zülfüqarova,
Əmizdirmə Məsləhətçisi