Vaginizm qadının cinsiyyət yollarının güclü və qeyri-iradi sıxılması — spazmıdır ki, bu spazmın nəticəsində cinsi əlaqələr mümkünsüz olur.
Əksər hallarda vaginizm cinsi həyatı başlayan bakirə qızlarda inkişaf edir. Bu zaman qadının cinsi orqanlarına istənilən toxunma uşaqlıq yolunun güclü sıxılmasına səbəb olur. Nəticədə cinsi aktın həyata keçirilməsi mümkün olmur. Bir çox hallarda belə qadınlarda istənilən ginekoloji manipulyasiyalar da (ginekoloji baxım, yaxmanın götürülməsi və s.) belə reaksiyalara səbəb olur. Vaginizm nevrozun növüdür. Bir çox hallarda onun səbəbi qorxu (ağrıdan, qandan və s.), kişinin ilk cinsi əlaqə zamanı kobud davranışı, zorlama və s. olur.
Vaginizmdən əziyyət çəkən qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar, problemin "özü-özündən" həll olunmasını gözləyirlər. Lakin bu əksər hallarda mümkün olmur və qadın vaxt keçdikcə güclü depressiyaya düşür, onda özünə inamsızlıq yaranır, qadın həyat yoldaşının qarşısında özünü günahkar hiss edir, bu vəziyyətə gətirib çıxartdığı üçün özünə nifrət edir, bu vəziyyətdən yeganə çıxış yolunu boşanmada görür… Bu hissləri və daha artıqlarını vaginizmdən əziyyət çəkən qadınlar daha yaxşı bilir…
Müasir tibbdə bu problemin həll olunması üçün müxtəlif üsullar mövcuddur. Vaginizm tam müalicə olunur və daha sonra qadın normal həyat sürə bilir — cinsi həyat, hamiləlik, analıq mümkün olur.
Qadın düşdüyü vəziyyətdən utanmamalı və vaginizmin ilk simptomlarında mütləq həkimə müraciət etməlidir. Müalicəsiz qalmış bu pozulma qadının psixikasına çox mənfi təsir edir, onun həyatını korlayır.
Vaginizmin müalicəsində xüsusi psixoterapevtik metodikalar istifadə olunur ki, bu metodikaların köməyi ilə qadın vaginizmdən xilas olunur.
İnsan zehninin süurlu və şüuraltı mərkəzi vardır. Biz nə ediriksə, nə düşünürüksə onu süurlu zehnimizin köməyi ilə edirik. Çünki süurlu zehnimiz məntiqlə çalışır. Şüuraltı zehnimizi isə məntiqlə çalışdıra bilmirik. Biz qadına məntiqlə başa sala bilmərik ki, cinsi əlaqədən qorxmasın, onu adi hal kimi qəbul etsin. Vaginizmin səbəbi şüuraltında yaranır və müalicəsində də şüuraltı zehin korreksiya olunur.
İnsan zehninin şüuraltı hissəsi 5-6 yaşından ta ölənə qədər bütün yaşanmış pis və yaxşı təcrübələri (hadisələri, xatirələri) kodlaşdırıb öz yaddaşında saxlayır. Bu pis və yaxşı təcrübələri heç bir şəkildə birdəfəlik silmək mümkün deyil! Çünki artıq o yaşanıb və şüuraltında özünə yer tutub. Neqativ təcrübələri ancaq pozitiv təcrübələrin köməyi ilə yumşaltmaq, əhəmiyyətsizləşdirmək olur.
Müalicə zamanı yaşanmış qorxuların yaranmasına səbəb olan pis təcrübələr üzərində xüsusi texnikalarla işlənilir və bundan sonra həmin o pis təcrübələr (hadisələr və ya xatirələr) qadın tərəfindən əhəmiyyətsizləşir. Elə bir şəkildə əhəmiyyətsizləşir ki, qadın əvvəllər beynindən çıxmayan pis təcrübələri müalicədən sonra heç yadına belə salmaq istəmir. Müalicə zamanı pis təcrübələr əhəmiyyətsizləşdirilərkən yaxşı təcrübələrlə əvəz olunur. Bu zaman da qadının vaginizm problemi birdəfəlik həll olunur. Müalicədən sonra qadın qorxmur və cinsi əlaqəyə adi hal kimi baxa bilir və icra edə bilir.
İnamsız olsanız da 1-5 gününüzü vaginizmin müalicəsinə həsr edin. İnanın ki, həyatınız dərhal 1-ci seansdan sonra dəyişəcək. Bir qadın olduğunuzu anlayacaqsınız!!!
Mama-ginekoloq: Günay Hacıyeva