Ginekoloqa getmək üçün 7 səbəb

Ginekoloqa getmək üçün 7 səbəb

1. Qarnın aşağı hissələrində qəflətən başlayan kəskin ağrı,  xarakterindən asılı olmayaraq (dartıcı, sancılı, kəsici) xüsusi ilə də, digər şikayətlər ilə müşayiət olunduqda   (bədən hərarətinin artması, ürəkbulanma, qusma, huşun itməsi) qadının həyatı üçün təhlükə törədən və təcili müalicəvi tədbirlərin görülməsi, o cümlədən, əməliyyat aparılmasını tələb edən ciddi xəstəlik simptomu ola bilər.  Çox vaxt qarnın aşağısında yaranmış kəskin ağrı düz bağırsağa yayılır və huşun itməsi ilə müşayiət olunur. Belə şikaytlər aşağıdakı ginekoloji patologiyalar nəticəsində  inkişaf edən  qarın boşluğu qanaxmaları  zamanı yaranır: 
      
2. Uşaqlıqdankənar hamiləliyin kəsilməsi – daxilindəki embrionun böyüməsi nəticəsində  uşaqlıq borusunun  cırılması- bu halda  təcili əməliyyat tələb olunur, çünki cırılmış borudan baş verən qanaxma  böyük ola bilər (1 litrə qədər), bu isə, pasiyentin həyatı üçün təhlükəlidir;

3. Yumurtalıqların apopleksiyası  — öz-özünə, ovulyasiya dövründə, menstrual dövrun  12-15-ci günü, yaxud dövrün ikinci fazasında, 16-28-ci günlərdə, çox zaman fiziki gərginlikdən, o cümlədən, cinsi aktdan sonra baş verən yumurtalıq və ya onun kistasının partlaması.  Əksər hallarda yumurtalıq  apopleksiyası  güclü qanaxmaya  səbəb olaraq, əməliyyatın aparılması ilə nəticələnir.  Yumurtalıq az zədələndikdə və qanaxma əhəmiyyətsiz dərəcədə olduqda  konservativ  terapiyanın aparılması kifayət edir. Müalicəni həkim təyin edir. Vaxtı  itirməmək və vəziyyəti anlamaq çox vacibdir. 
Ağrı bir çox hallarda bədən hərarətinin artması ilə müşayiət olunur ki, bu da cinsi orqanlarda iltihabi prosesin olmasından xəbər verir. Ağrı və hipertermiyanın aşağıdakı hallarda  yaranması zamanı mütləq «Təcili yardım» çağırın: 

4. Abortdan  və ya digər uşaqlıqdaxili müdaxilədən sonra (histeroskopiya, histerorezeksiya, miomektomiya), çünki uşaqlığın iltihabi prosesi – endometritin inkişaf etməsi istisna olunmur; antibakterial müalicənin aparılması, eləcə də, abortdan sonra döl qalıqları aşkar edildikdə, onların təcili ləğv edilməsi tələb olunur;  

5. Qorunulmamış cinsi aktdan sonra, uşaqlıq artımlarının iltihablaşması və bir çox hallarda,  pelvioperitonitlə, yəni kiçik çanaq  peritonunun iltihabı ilə müşayiət olunmasının  nəticəsi kimi; tez effekt almaq və aparılması mümkün olan əməliyyatın  qarşısını almağa imkan yaradan infuzion, antibakterial, iltihabəleyhinə  terapiyanın aparılması labüddür.   

6. Uşaqlıqdaxili spiraldan istifadə etmək  fonunda  (UDK), xüsusən, spiral 2 ildən əvvəl qoyulmuşdursa, çünki bu, endomiometritin yaranması üçün risk amilidir;  bu halda UDK-in  dərhal çıxarılması və iltihabəleyhinə terapiyanın aparılması labüddür. Həkimə müraciətin vaxtında edilməsi təcili əməliyyat, o cümlədən, uşaqlığın ləğv edilməsindən qaçmağa  imkan yaradır. 

7. Qarnın aşağısındakı ağrılar tutma xarakterli  ola  və ürəkbulanma, qusma və ağız quruluğu ilə müşayiət oluna bilər.  Belə şikayətlər uzun müddət ginekoloq müayinəsindən keçməyən qadında, habelə, yumurtalıq  şişi və ya uşaqlıq mioması ilə əlaqədar nəzarətdə olan pasiyentdə  yaranmışdırsa, dərhal «Təcili yardım» çağırmaq lazımdır.  Əks halda, yumurtalıq şişinin burulması, miomatoz düyündə qidalanmanın pozulması, subseroz  miomatoz düyün ayaqçığının burulması –kimi təhlükəli  xəstəliklərin inkişaf etməsi istisna olunmur.
Top