Adət ağrıları psixoloji bir haldırmı?
Xeyr,bu sırf fizioloji bir haldır.Uşaqlıq əzələlərinin hərəkətliliyi səbəbindən yaranan ağrılara qadınlar individual olaraq reaksiya edirlər.Bu ağrıların qarşısı adi ağrıkəsici preparatların köməkliyi ilə alına bilər.Əgər ağrılar daimi,intensiv və şiddətli xarakter daşıyırsa həkimə müraciət etməyiniz məsləhətdir.Çünki,bu endometriozun xəbərdarı ola bilər.
Ağrılı adət görmədə ağrı şiddəti ilə əlaqədar bir çox faktor mövcuddur. Adamın psixoloji vəziyyəti, bəslənmə vərdişləri, həddindən artıq yorğunluq, həddindən artıq stress kimi altda yatan digər səbəblər də təsirli olar. Ancaq altda yatan orqanik bir səbəb varsa, müalicə edilmədən ağrı keçməz.Şiddətli ağrıları aradan qaldırmaq üçün, aşağıdakı təklifləri tətbiq edə bilərsiniz: — Ağrılı adət görmənin meydana gəlməsini önləmək mümkün deyil. Ağrı ancaq həkimin sizə tövsiyə edəcəyi dərmanlayar istifadə edilərək yüngülləşdirilə bilər.
— İsti duş yaxşı gəlir
— Orta dərəcəli regional isti vanna yaxşı gələ bilər. Bunun üçün isti duş ya da ayaqlara isti oması təklif edilər.
— Diqqət yetirilməsi lazım olan nöqtə, isti vannanin birbaşa qarına edilməməsidir. Çünki qarın içərisində bir iltihabı problem varsa, bu yayıla bilər və olduqca təhlükəlidir.
— Nəfəs və əzələləri gücləndirici məşqlər ağrılara nəzarət edər. Ev mühitində edilə biləcək yüngül məşqlər təklif edilər.
— Masaj ağrını azaltmada təsirli bir üsuldur. Ağrıyan bölgənin altına yoğurma tərzində ritmik masaj tətbiq olunsa, ağrının qəbul edilməsi azaldıla bilər.
— Nizamlı yuxu, gərginliyi azaldacağından ağrını nəzarət etmədə işə yarayar.